"O FARSIN TÖRƏMƏSİDİR, TÜRKLƏRƏ ANTİPATİYASI VAR..." - Deputatlardan Əlizadəyə sərt cavab

Araz Əlizadə İctimai Televiziyada yayımlanan “3D” verilişində qonaq olarkən səsləndirdiyi bəzi xoşagəlməyən fikirləri ilə yenidən tənqid hədəfinə tuş gəlib. O, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın 1918-ci ildə Azərbaycanda pul müqabilində döyüşdüyünü və azərbaycanlılarla türklərin heç bir qan bağlılığının olmadığını bildirib. Bu açıqlamalarının ardından deputat nəinki ictimaiyyət, həm də həmkarları tərəfindən məhşər ayağına çəkilir.

Ard-arda onu fikirlərinə ən sərt formada reaksiyalar verilir. Hətta onun deputatlıq mandatından məhrum edilməsi barədə tələblər də səslənməkdədir. A.Əlizadənin həmkarlarına onun məsələsinin parlamentdə qaldırılması barədə çağırışlar edilir.

"Azərbaycan xalqı adından danışmaq Araz Əlizadənin səviyyəsinə uyğun deyil"

"Azərbaycan xalqı adından danışmaq Araz Əlizadənin səviyyəsinə uyğun deyil." Bu sözləri axar.az-a deputat Musa Quliyev deyib. O bildirib ki, həmkarı ümumi danışmaqla çox böyük səhv edib: “Araz Əlizadə yalnız öz adından danışa bilər. Azərbaycan xalqı oğuz elinə mənsub, köklü türk xalqıdır. Bizim mədəniyyətimiz, mənəvi və tarixi dəyərlərimizlə yanaşı, həm də dilimiz türk dilidir. Əlbəttə, ölkəmizdə fərqli köklərə mənsub xalqlar yaşayır, amma Azərbaycanın əsasını türklər təşkil edir. Araz Əlizadə hansı millətə, xalqa mənsubdur, özü bilər, amma bütövlükdə Azərbaycan xalqı adından danışmaq onun səviyyəsinə uyğun bir iş deyil”.

M.Quliyev onu da qeyd edib ki, deputat tutduğu vəzifəni nəzərə almalı və belə səhvləri təkrarlamamalıdır: “Araz Əlizadə əvvəllər də belə fikirlər səsləndirdiyi üçün ictimai qınaqla üzləşib. Hesab edirəm ki, millət vəkili olan şəxs belə məsələlərdə daha həssas və ciddi olmalıdır. Lakin həmkarım hansısa qüvvələrin təsirindən bu çıxışları edir. Ümumiyyətlə, Azərbaycan xalqının türk kökənli olmasının heç sübuta ehtiyacı yoxdur. Bizim soyumuzun haradan gəlməsi tarixlə təsdiqlənmiş məsələdir”.

Məsələyə münasibət bildirən Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa da A.Əlizadənin türklərlə bağlı fikrinin həqiqəti əks etdirmədiyini söyləyib: “Hər hansı bir şəkildə Azərbaycanı xilas etmiş şəxslərə, Nuru Paşaya belə bir böhtan səsləndirməyin heç bir məntiqi izahı yoxdur və bu, qəti şəkildə yolverilməzdir. Nuru Paşa və türk ordusu Azərbaycana məhz xalqımızı xilas etmək üçün gəlmişdi. Hesab edirəm ki, Araz Əlizadə bu fikirləri məqsədyönlü şəkildə söyləyib”.

Fazil Mustafa onu da qeyd edib ki, həmkarları türklərlə bağlı fikrinin yanlış olması səbəbindən bir neçə dəfə Araz Əlizadəyə irad tutub: “Biz özümüz də dəfələrlə həmkarımıza türklərlə bağlı fikirlərinin yanlış olduğunu söyləmişik. Bunu bir neçə dəfə Milli Məclisdə də qaldırdıq. Hesab edirəm ki, artıq bu məsələni gündəmdə saxlamağın heç bir mənası yoxdur”.

 "Bu da Araz Əlizadənin növbəti sayıqlamalarından biridir"

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı müsavat.com-a müsahibəsində həmkarının ünvanına ağır ittihamlar səsləndirdi: “Parlamentin nizamnaməsinə görə, orada etik normaları pozanlara Nizam-İntizam Komissiyası tərəfindən bu və ya digər şəkildə xəbərdarlıq edilir yaxud ona cəza verilməsi haqqında məsələ qaldırılır. İndi araşdırmaq lazımdır ki, onun bu açıqlamaları, sayıqlamaları nə dərəcədə nizamnamənin tələbləri ilə üst-üstə düşür. Bütövlükdə bu insanla dəfələrlə ən müxtəlif problemlərin ətrafında fikir mübadiləsi aparanda onun birmənalı olaraq anti-milli mövqeyinin şahidi olmuşam. Uzun illərdir bu adamın türklərə qarşı açıq və gizli şəkildə nifrəti özünü göstərməkdədir. Bu şəxs türk deyil. O etnikdir, farsdan törəmədir. Ona görə də, türk dövlətlərinin mövqeyi artdıqca, türk dövlətləri arasında münasibətlər yüksək səviyyəyə qalxdıqca, Azərbaycanın Türkiyə ilə münasibətləri ən yüksək səviyyədə inkişaf etdikcə, bu şəxs son dərəcə narahatlıq keçirir, buna qısqanclıqla yanaşır. Beləliklə, ən müxtəlif vaxtlarda yeri gəldi gəlmədi, bu cür antimilli, antitürk mövqeyini ortalığa qoyur. Mənə elə gəlir ki, millət vəkilləri tərəfindən ona verilmiş olan tutarlı cavablar, xüsusilə, Məlahət xanımın cavabı hər halda ciddi reaksiyalardır. Düşünmürəm ki, onun mövqeyində bu cür cavablar, ona veriləcək hər hansı bir cavab onu mövqeyindən çəkindirsin. Çünki, bu onun genetikasından irəli gələn məsələdir. Hər zaman türk və türkçülüyə qarşı özünün antipatiyası ilə  gündəmə gələn Araz Əlizadənin bu da növbəti sayıqlamalarından biridir. Məncə ona çox ciddi şəkildə təpki oldu. Millət vəkilləri tərəfindən ona layiqli cavab verildi. O bunlardan nəticə çıxarmasa, düşünürəm ki, onun haqqında ümumiyyətlə, danışmağa ehtiyac qalmayacaq. Mətbuat vasitəsilə verilən cavablar reaksiyalardan biridir. İndi siz sual verdiniz, mən də bu şəkildə ona cavab verdim. Bu qınağın bir formasıdır. Deyirlər ki, parlamentdə bu şəxslə bağlı məsələ qaldırılsın. Tutaq ki, bunu etdik, nə nəticəsi olacaq? Bu şəxs düzələn deyil. Bir daha təkrar edirəm ki, onun Azərbaycan türkünə, türk dünyasına qarşı antipatiyası var. Bu antipatiya da genetik kodlardan irəli gəlir. Bildiyim qədəri ilə o Azərbaycan türkü deyil. Ata tərəfi ya fars dili, ya da farsdilli xalqlardandır. Bu baxımdan genetikası ilə farsların yanındadır. Həm də o farsların ki, həmin farslar Azərbaycan türkünə qarşı hər zaman həqarətli hərəkətlər edirlər. Bu gün də etməkdədirlər. Onların daşıyıcılarından biri də Araz Əlizadədir. O yatanda üzü farsa tərəf yatır, yəni türklərə tərəf deyil”.

635x100

Şərhlər

Canım AZƏRBAYCANIM 2019-11-05 23:28:52

Hesab edirəm ki, türk xalqının qatı düşməni olan bir antimilli ünsürün, bir .... insanın parlamentdə oturması yolverilməzdir. Azərbaycan xalqının kökünün türk olmasını sübut etməyə çalışmaq absurddur. Zatən bizim kökümüzün türk olması tarix boyu sübut olunmuşdur. Bu şəxsə yalnız 3-5 nəfər deputat yox, parlamentdəki deputatların hamısı tutarlı cavab verməli və onun parlamentin siyahısından ...olması üçün hər şey edilməlidir. Bu adamcıq heç də Rəfail Cəbrayılovdan geri qalan ... deyil.

Kərəm 2019-11-05 23:28:52

Guya Fəzail Arazdan yaxşıdır? Bir balaca adını çək.gr nə həngamə qoparır.Fəzail bəyin Ana Vətən Partiyası tək onun özündən ibarətdir.Görün ikinci bir adam çıxıb deyibmi ki.mən Ana Vətən Partiyasının üzvüyəm,fikrim bu,məramım bu,Ana vətən üçün bunların edilməsini tələb edirəm?Axı Vətən ağır gündədir.DEməli FƏzail də Araz kimi seçilməmiş "deputatdlır"!Seçim fiktiv,partiyası isə nömrədir! Ona görə ara bir mən də varam demək Fəzailin peşəsidir və ayıbdır!

Aslan AKbey 2019-11-05 23:28:52

Genel olarak "istihbarat teşkilatları" iki tip ajan kullanırlar.Bunlar ilk olarak herkesin bildiği istihbaratçılardır: istihbarat unsurları hedef ülkeye sızarak o ülkede kendilerine haber kaynakları "devşirirler". Esas tehlikeli olanlar “istihbarat ajanları” değildir.Esas tehlikeli olanlar “etki ajanlarıdır.”Bunlar hedef toplumun içine zamanla sızdırılır ve o toplumu etkileyecek önemli noktalara yerleştirilir.Uzmanlık alanı toplumu yönlendirmek ve algılarını değiştirmektir.Kısacası ricam, lütfen önünüze konan her bilginin üzerine oltadaki yemi görmüş sazan balığı gibi atlamayın ...

Cavad Rəhimov 2019-11-05 23:28:52

Farsın törəməsinin Milli Məclisə soxmağın məqsədini araşdırsanız bunun nə təbliğat olduğunu anlayacaqsınız ay Fəzail bəy! Axı Əlizadə özbaşına gəlib orada oturmayıb.Onu oturdanlar var.Onsuz da xalq gözəl bilir ki,Siz "deputatlar" seçilməmisiniz.təyin olunmusunuz. ƏLizadə də Sizin kimi.Siz kimdən kimə şikayət edirsiniz?

Vətəndaş 2019-11-05 23:28:52

Böyük quruluş partiyasının neçə üzvü var və onları tanıyan varmı? Onun kimi də Ana vətən partiyası! Hərə yalandan bir ad fikirləşib parlamentdə gün keçirir.Bunun xalqa.millətə nə faydası var? Səsi eşidilməyən.ortada görünməyən ,yalnız adı qalan partiya nə məqsədi güdür? Bunun fərqinə varan varmı?Milli Məclis belə fiktiv adamlarla millətə nə fayda verib?

Oqray 2019-11-05 23:28:52

utanmırsıniz da heç olmasa konstitusiyaya baxın orada yazılıb ki biz azərbaycanlıyıq dilimizdə azərbaycan dilidir.Əsl türk sizin kimi 7 sifət olmur yazmısınız bir şey deyirsiniz başqasını.Niyə hünəriniz çatıb bu məsələni idarənizdə qaldırmırsınız?Hələdə bilinmir ki biz kimik rəsmi azərbaycanlı yoxsa qeyrirəsmi türk budur siz yazan qanun.Heç olmasa utanın danışmayın

Araz Elizadeye 2019-11-05 23:28:52

Araz Elizade sen satqin... mexluqsan. Qabagima weherde harda cixsan seni...

TARİX 2019-11-05 23:28:52

AZƏRBYCAN MM SUAL:BELƏLƏRİNİN SIRANIZDA OLMASINA NECƏ DÖZÜRSÜNÜZ???

Elxan 2019-11-05 23:28:52

Saq ol Fazayil bey,cox gozel soyledin

Millikişi 2019-11-05 23:28:52

Çox sirli və müəmmalıdır. Heydər Əliyevi Azərbaycana buraxmamaq üçün yüz cür avantüradan çıxan, prezidentliyi isə, yumşaq desək, şaibəli Mütəllibov üçün niyə krallara layiq yaşam imkanları yaradıldı. Bu bir danılmaz faktdır ki, məhz onun təkidi ilə Azərbaycan xalqına, dövlətçiliyinə nifrət edən avantürist A.Əlizadə,... kimi .... mənfur kimliklərini bilə-bilə onları deputat etməklə dövlətçiliyimizə milli dəyərlərimizə xələl gətirilməkdən başqa nə əldə edildi? Bu nə çürük siyasətdir? Al sənə! Onlardan biri dövlət himnimizə lağ edir, digəri isə deyir ki, siz türkdilli deyilsiniz və deməli milliyyətiniz belə bəlli deyil. Bu zatıqırığın ağzına elə bir DÖVLƏT qapazı vurulmalıdır ki, bir daha belə qələtlər etməsin. Amma nafilə, görünür o, «haqlıdır» bizdə azca milli qürur hissi olsaydı onun o mərtəbəyə qalxmasına və nifrət etdiyi Azərbaycan xalqı ilə birgə yaşamasına imkan verməzdik.

Van Gogh 2019-11-05 23:28:52

Guya Fəzail Ağamalının özü ...

AZƏRBAYCAN MM MÜRACİƏT 2019-11-05 23:28:52

NƏ ÜCÜN BELƏ ƏSLİ KÖKÜ BİLİNMƏYƏN,AZƏRBAYCAN XALQININ DÜŞMƏNİNİN MM -DƏ SİZİNLƏ YANAŞI OTURMASINA İCAZƏ VERİRSİNİZ?

Nofəl Bağırov 2019-11-05 23:28:52

Vəxtiyar Vahabzadə belələrinin (Araz Əlizadələrin) cavabını çoxdan verib: Əslimi, nəslimi tanıyıram mən. Qarışıq deyiləm, özümdən ürkəm. Sən kimsən, sən nəsən özün bilərsən. Mən ilk qaynağıımdan tük oğlu türkəm!

dadaşyev 2019-11-05 23:28:52

Söz gəzir ki,bu adam tarix boyunca türk millətinin qatı düşməni olmuş pəhləvilərdəndi.Pəhləvilər orta və müasir farslardan yox,qədim farslardandı və eradan qabaq dördüncü-üçüncü minilliklər arası şumer türkləriylə yəhudi qadınlarının izdivacından törədikləri üçün onlara fars cuhutları da deyirlər el arasında.

Mirzə AĞ 2019-11-05 23:28:52

Xalqımıza qarşı ən böyük həqarət "Мразь" kimi şərəfsizin Azərbaycan parlamentində oturmasıdır! Üstəlik də o, tək deyil...

Son yazılar