Facebook Qazpromdan iki dəfə bahadır

Facebook şirkətinin kapitallaşması $200 milyardı ötüb ki,bu da ABŞ bazarında Coca-Cola və Bank Of Amerikadan çoxdur.

Həmçinin sosial şəbəkə özünün əsas rəqibi Googleda üstələyib. Şirkət fond birjalarında satışı bir adi səhmə görə $77,89-dan bağlayıb.

Rusiyanın ən böyük şirkəti “Qazpromun” dəyəri beynəlxalq bazarlarda $97 milyarddır.

Facebook dünyanın ən böyük sosial şəbəkəsi olub,1.32 milyard istifadəçiyə malikdir. 2014-cü ilin ikinci rübündə şirkət 2013-cü ilin analoji dövrü ilə müqayisədə iki dəfə artıb.Səhmlərin və gəlirin artması mobil cihazlarda reklam satışının və aktiv istifadəçilərin sayının artmasındadır.  /"Caspianbarrel"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar