Leyla Yunus vəkilə yeriyə bilmədiyini yazıb

Vəkil Elçin Qənbərov sentyabrın 23-də həbsdəki hüquq müdafiəçisi Leyla Yunusla görüşmək üçün yenidən cəhd edib. Görüş bu dəfə də baş tutmayıb. Bu haqda AzadlıqRadiosuna danışan vəkil Xalid Bağırovun sözlərinə görə, Leyla Yunus onlara məktub göndərib:“Ayaqlarım ağrıyır, yeriyə bilmirəm”.

Vəkil bununla belə tərəddüd içində olduqlarını da bildirir: “İstənilən halda biz Leyla xanımın vəziyyətinin yaxşı olmadığına bir daha əmin olduq. Ancaq birbaşa özü ilə təmasda olmadıqca, özünü görmədikcə nəsə deyə bilməyəcəyik. Bu kağızı o göndərib. Ancaq o hansı şəraitdə göndərib bilmirik. Bilmirik vəziyyəti nə qədər ciddidir, doğrudanmı görüşə gələ bilmir? On illik vəkil təcrübəmdə ilk belə haldır ki, dustaq səhhətinə görə görüşdən imtina edir”.

Vəkil hüquq müdafiəçisinin tibbi müayinədən keçirilməsindən xəbərsiz olduqlarını, amma bu yöndə addımlar atacaqlarını da deyir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar