İtaliya Putinin ən yaxın adamını "vurdu"

İtaliya Maliyyə Qvardiyası rusiyalı biznesmen, Arkadi Rotenberqin 30 milyon avro dəyərində olan hissələrini dondurub.

Axar.az RİA Novosti-yə istinadən xəbər verir ki, İtaliya hökuməti Rotenberqin Sardiniyada 3 villasını, o cümlədən Viterbo əyalətindəki evini möhürləyib.

Bundan başqa Maliyyə Qvardiyasının əməkdaşları milyarderin “Aurora 31” kompaniyasının səhmlərini də dondurublar.

İtaliya hökuməti Rotenberqə qarşı bu addımın ABŞ və Avropa Birliyinin tətbiq etdiyi sanksiyalar çərçivəsində atıldığını bildirib.

Qeyd edək ki, Arkadi Rotenberq Rusiyanın ən nüfuzlu biznesmenlərindən biridir. Onun Rusiya Prezidenti Vladimir Putinlə də olduqca yaxın əlaqələri mövcuddur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar