Ermənistanın səhiyyə nazirinin müavini rüşvət aldığı üçün işdən azad edilib

“Ermənistanın baş naziri korrupsiyanın olmadığını desə də, keçmiş səhiyyə nazirinin müavini Ovannes Arutyunyan 3 min dollar alarkən tutulub”.

“Report” “Aysor”a istinadla xəbər verir ki, bunu Ermən Milli Səhiyyə Şurasının sədri, uroloq Gevork Qriqoryan noyabrın 6-da mətbuat konfransında bildirib.

“Səhiyyə sahəsində korrupsiya riski qalır. Korrupsiyanın qarşısını almaq üçün nə qədər istəyirsiniz cəzalandırın, onsuz da müsbət irəliləyiş olmayacaq. “Korrupsiyaya yox” qışqırsalar da, səhiyyə nazirinin müavini 3 min dollar rüşvət alarkən tutulub. Baş nazir Nikol Paşinyan korrupsiyaya yox desə də, faktlar başqa şeyi bildirir. Mən bəyanata deyil, fakta inanıram”, - deyə sədr vurğulayıb.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan səhiyyə nazirinin müavini Ovannes Arutyunyanı oktyabrın 15-də tutduğu vəzifədən azad edib. Qeyd edək ki, o, cari ilin aprelində bu vəzifəyə təyin edilmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar