Türkmənistan Milli təhlükəsizlik nazirinə ciddi töhmət verildi

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov ötən gün noyabrın 5-də Dövlət Təhlükəsizlik Şurasının iclasında milli təhlükəsizlik naziri Yaylım Berdiyevə “ciddi töhmət” elan edib.

Virtualaz.org xəbər verir ki, bu haqda dövlət xəbər agentliyi məlumat yayıb.

“Prezidentin sərəncamı ilə Silahlı Qüvvələrin Ali baş komandanı Qurbanqulu Berdıməhəmmədov tərəfindən vəzifə səlahiyyətlərini düzgün icra etmədiyi, işdə yol verdiyi nöqsanlara görə milli təhlükəsizlik naziri Berdiyev Yaylım Yağmıroviçə ciddi töhmət elan edilib”,-rəsmi məlumatda deyilir. Amma nazirin hansı nöqsanlara yol verdiyi açıqlanmır.

Yaylım Berdiyev Türkmənistanda güc strukturları rəhbərləri arasında ən nüfuzlu adam hesab edilir. O, iki dəəf MTN-ə başçılıq edib. Əvvəlcə 2011-2015-ci illərdə bu vəzifəni tutub, sonra müdafiə naziri olub.

2018-ci il iyunun 13-də isə Berdıyev yenidən milli təhlükəsizlik naziri təyin olunub, türkmənbaşı həmin vəzifəni tutmuş Dövrangəldi Bayramovu “işdə yol verdiyi ciddi nöqsanlara görə” işdən azad edib. Berdıməhəmmədov habelə Bayramovun rütbəsini azaldıb, onu polkovnik rütbəsindən mayor rütbəsinə endirib.

Xatırladaq ki, 2019-cu il oktyabrın 1-də Türkmənistanda daxili işlər naziri İsgəndər Mulikov da vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılıb, işdən azad edilib, rütbəsi aşağı salınıb və bütün dövlət mükafatlarından məhrum edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar