“Sağlam Yaşa” sonuncu tədbirini Qax rayonunda keçirib - FOTO

Gənclər Fondunun maliyə dəstəyi ilə “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi 31 oktyabr 2019-cu il tarixində “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsilin rolu” mövzusundakı sonuncu tədbirini Qax rayon Heydər Əliyev Mərkəzində keçirmişdir. Tədbiri RİH-in nümayəndəsi Tərlan Nəzərov açaraq mövzunun əhəmiyyəti haqqında qısa məlumat verdi. Layihənin rəhbəri Səkinə Qəribova mövzu ətrafında geniş məruzə ilə çıxış etdi. O radikalizm və ektremizmə qarşı mübarizədə təhsilin əhəmiyyətli rol oynadığını, bu sahədə Dövlətimiz tərəfindən görülən işlərdən, din sahəsində qəbul olunan qanunlardan danışdı.

Tədbirdə iştirak edən rayonun Marsan kənd imamı Abdulrəhman İsgəndərov, Güllük kənd dini icmasının sədri Rəhim Hüseynov, Zəyəm kənd dini icmasını üzvü Natiq Balabəyov və başqaları öz çıxışlarında dini radikalizmin gətirdiyi bəlalardan bəhs etdilər. Onlar təəsüflə qeyd etdilər ki, bu vaxtilə bu regionda da bəzi gənclər dini missionerlərin təsrinə düşərək radikallara qoşulmuşlar. Dövlətimizin bu sahədə gördüyü qabaqlayıcı tədbirlər nəticəsində demək olar ki, bi kimi hallara son qoyulmuşdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar