Kliçko dövlətə xəyanətdə ittiham olunur

Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) Kiyev meri Vitaliy Kliçko və onun iki müavininə qarşı cinayət işi açıb.

Virtualaz.org bildirir ki, mer dövlətə xəyanətdə ittiham edilir.

Məlumata görə, cinayət işi Ukrayna paytaxtının inkişafı zamanı mümkün xəyanət və oğurluq faktına görə açılıb. Eyni zamanda NABU bildirib ki, istintaq Ukraynanın Ali Antikorrupsiya Məhkəməsinin (VAKS) tələbi ilə başladılıb.

Xatırladaq ki, Ukrayna Milli Antikorrupsiya Bürosu 1 noyabrda da Kliçkoya qarşı cinayət işi açıb. O, səlahiyyətlərindən sui-istifadə etməkdə, külli miqdarda vəsait mənimsəməkdə günahlandırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar