“Qarabağ"la oyun final matçıdır” - Tomas Doll

“Özümü həqiqətən də yaxşı hiss edirəm. Bir neçə həftədir yaxşı çıxış etmirdik. Lakin artıq oyunumuzu tapmışıq”.

APA-nın məlumatına görə, bunu Kiprin APOEL klubunun baş məşqçisi Tomas Doll deyib.

Almaniyalı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin “Qarabağ”la sabah keçiriləcək oyunu barədə fikirlərini mətbuat konfransında açıqlayıb: “Qarabağ”a qarşı üç oyundan ikisində komandaya mən rəhbərlik etmişəm. Bu görüşlərdə “Qarabağ” kimi güclü komandaya 4 qol vurmuşuq. Sabahkı oyun final matçıdır. Necə ki, APOEL-də debütüm də eyni xarakterli idi. Özümüzə inanırıq. Sabah hər şey mümkündür”.

T.Doll oyunun vacibliyinə də toxunub: “Hamımız başa düşürük ki, bu, çox vacib bir oyundur. Çünki hər bir komanda avrokubokda mübarizəni davam etdirmək istəyir. Evdə oynayırıq, üstəlik motivasiyamız böyükdür. Biz tamamilə matça köklənmişik. Ağıllı oynamaq lazımdır ki, rəqibə əks-hücum şansı verməyək. Hədəfimiz oyundan sonra aktivimizdə 4 xalın olmasıdır”.

Qeyd edək ki, Nikosiyada keçiriləcək APOEL – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar