"APOEL özünü qələbəyə kökləyib" - Qurban Qurbanov

“Sabah rəqib həddindən artıq istəkli ola bilər".

APA-nın məlumatına görə, bunu futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubu Avropa Liqasının qrup mərhələsinin IV turunun sabah keçiriləcək oyununda Kiprin APOEL komandası ilə qarşılaşacaq. Sabah Nikosiyada baş tutacaq görüş ərəfəsində Q.Qurbanovun mətbuat konfransı keçirilib.

47 yaşlı mütəxəssis matç barədə fikirlərini açıqlayıb: " APOEL doğma meydanında oynayacaq. 90 dəqiqə eyni tempi qoruyub saxlaya və ancaq hücumda ola bilmərik. Hücumlarımız müdafiədən və əks-hücumlar üzərində ola bilər. Maksimum çalışacağıq ki, rəqibi öz meydanımızdan uzaqda qarşılayaq. Futbolda bəzən 90 dəqiqə topa nəzarət edirsən, amma vurduğun qollar əks-hücumlardan olur. Son vaxtlar belə qollara çox rast gəlirik. Görünür ki, rəqib özünü maksimum şəkildə qələbəyə, hücumda oynamağa kökləyib. Bu da normal haldır. Biz başqa cür də gözləmirdik. Hər bir halda, əks-hücumlarda, topa nəzarətdə, öz meydanımızda maksimum diqqətli olmağa çalışacağıq”.

Qeyd edək ki, Kiprin GSP stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar