İŞİD 60 kəndi aldı: Türkiyə kürdləri də savaşa qatılır

Kürd yığma qoşun döyüşçüləri İŞİD silahlı qruplaşmalarının Suriyanın Türkiyə ilə sərhədində yerləşən Eyn-əl-Ərəb şəhərinə hücumunun qarşısını alıblar.Axar.az Ria Novosti-yə istinadla bildirir ki, bu barədə Livanın “əs-Səfir” qəzeti məlumat yayıb. Kürd özünümüdafiə dəstələrinin nümayəndəsi Ridur Xəlil bildirib ki, kürdlər islamçıların şəhərdən on kilometr cənub və təxminən 20 kilometr şərqə doğru istiqamətlənmiş hücumlarını dayandırıblar.

Son iki sutka ərzində kürd döyüşçüləri 60 terrorçu məhv edib, onlardan iyirmisi bu gecə öldürülüb.

İŞİD qruplaşmaları kürd müxtariyyətinin ən iri mərkəzlərindən olan Eyn-əl-Ərəb şəhərinə hücumu davam etdirirlər. Onlar hücum zamanı İraqın Mosul şəhərində ordunun anbarını zəbt edərkən ələ keçirdikləri tank, artilleriya ləvasimatları və minomyotlardan stifadə edirlər.

Kürdlər ağır silahları olmasa da, müqavimət göstərirlər. Livanın “əl-Əxbar” qəzetinin verdiyi məlumata görə, Suriya şəhərini müdafiə etmək üçün Türkiyənin həmsərhəd kəndlərindən 600 nəfərdən çox kürd köməyə gəlib. Son məlumatlara görə, işğalçılar şəhər yaxımlığındakı 60 kəndi ələ keçiriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar