Britaniyada 57 nəfər kimyəvi maddədən zəhərlənib

İngiltərədə 57 nəfər kimyəvi maddədən zəhərlənib."Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Sky News" telekanalının saytı məlumat yayıb.

Bildirilir ki, hadisə Kent qraflığında, Meydstoun şəhərciyində baş verib.

Həkimlərin məlumatına görə, insanlar nəfəs almaqda problemlərdən şikayət ediblər.

"Biz hadisə yerində 57 nəfərə yardım göstərdik, hansılar ki, nəfəs almaqla bağlı yaranan problemlərdən şikayət edirdilər. Onlardan bəziləri həkim nəzarəti ilə evə buraxılıb. Hazırda heç bir pasiyent ağır vəziyyətdə deyil", - deyə İngiltərənin cənub-şərq sahilinin təcili yardım xidmətinin mətbuat katibi bildirib.

Hadisənin təfərrüatı açıqlanmır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar