SİYAHIYAALMA BİTİB, YA DAVAM EDİR? - Komitə sədrindən qeyri-müəyyən açıqlama

Statistika Komitəsinin sədri Tahir Budaqov bəzi vətəndaşların siyahıyaalınmadan kənarda qalması ilə bağlı iddialara münasibət bildirib.

APA-nın xəbərinə görə, Tahir Budaqov qeyd edib ki, Azərbaycan Prezidentinin 2016-cı il 7 sentyabr tarixli Fərmanına uyğun olaraq 2019-cu ilin 1-10 oktyabr tarixlərində Azərbaycan Respublikasında əhalinin növbəti siyahıyaalınması əsasən başa çatdırılıb.

Siyahıyaalma zamanı əhalinin tam əhatə olunması üçün dolğun uçotun təşkili, siyahıyaalmanın rayonlaşdırılması, şəhər, qəsəbə və kənd ərazilərinin siyahıyaalma, təlimatçı və sayıcı məntəqələrinə düzgün bolüşdürülməsinin təmini üçün 50-yə yaxın metodoloji və köməkçi sənədlər hazırlanıb. Siyahıyaalma və sorğu vərəqələri Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyada təmsil olunan 19 dövlət qurumu, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə razılaşdırılaraq təsdiq edilib.

Komitə sədri bildirib ki, siyahıyaalma başa çatdıqdan sonra siyahıyaalma materialları ilin sonunadək Siyahıyaalma qrupuna təhvil veriləcək: "2020-ci il ərzində işə qəbul ediləcək operatorlar vasitəsilə onların elektron məlumat sisteminə daxil edilməsi, proqram təminatı vasitəsi ilə məntiqi yoxlanılması prosesi həyata keçiriləcək. Sonrakı ilyarım ərzində siyahıyaalma məlumatları emal ediləcək, əldə ediləcək çıxış cədvəlləri əsasında siyahıyaalmanın yekunlarına dair məcmuələr nəşr olunaraq istifadəçilərə çatdırılacaq".

T. Budaqov bəzi vətəndaşların siyahıyalınmadan kənarda qalması ilə bağlı iddialara münasibət bildirərək deyib ki, siyahıyaalmanın keyfiyyətinin yoxlanılması zamanı aşkar olunmuş nöqsanların aradan qaldırılması, eyni zamanda siyahıyaalma dövründə müxtəlif səbəblərdən siyahıyaalmadan kənarda qalmış şəxslərin də siyahıyaalmaya cəlb edilməsi məqsədilə bütün yerli statistika orqanlarında operativ qruplar yaradılıb. Həmin qruplar tərəfindən ilin sonunadək hər bir müraciət üzrə müvafiq tədbirlərin görülməsi təmin ediləcək: "Cari ilin sonunadək ölkənin bütün rayon və şəhərlərində siyahıyaalmanın keyfiyyətinin yoxlanılması məqsədilə müvafiq tədbirlər görüləcək, o cümlədən təlimatçı-nəzarətçilər tərəfindən sayıcılardan siyahıyaalma sənədlərinin qəbul edilməsi, onların yoxlanılması, siyahıyaalma məntəqələrinin müdirlərinə təhvil verilməsi, daha sonra isə həmin materialların Dövlət Statistika Komitəsinin Siyahıyaalma qrupuna təqdim edilməsi prosesi həyata keçiriləcək. Yuxarıda qeyd olunan proseslər tam başa çatdıqdan sonra, 2020-ci ilin yanvar ayından etibarən həmin məlumatların Dövlət Statistika Komitəsində xüsusi yaradılmış elektron informasiya sisteminə daxil edilməsinə başlanılacaq".

635x100

Şərhlər

Bashirov Qarib 2019-11-07 18:52:57

Belə çıxır ki,siyahiya alanlar kimin evinə gəlməyibsə,butun ailə uzvlərini toplayıb,rayon statistika idarəsinə getməli,orada anketləri doldurub siyahiyaalmadan keçməlidir.Bu ən azı yarım iş gunun itirilməsi,muəyən xərclər bahasına baça gələcək. Bu cur açıqlamadan heç nə anlaşılmır.İnsanlar deyir ki, mən və mənim ətrafımda olan insanların heç birisi siyahiya alınmadan keçməyib.Deyirlər ki, elə bir adam tanımırıq ki, desin ki, bizim ailəyə gəliblər.

Fərid 2019-11-07 18:52:57

BU da seçki siyahilərinə bənzir.İnsanlar illər bundan əvvəl rəhmətə gedib,amma bülletenləri seçki qutusunda! Siyahiyə alanları görən olmayıb,amma deyirlər siyahiyə alma keçirilib??? Görəsən büdcədən nə qədər pul yeyilib?

VƏTƏNDAŞ 2019-11-07 18:52:57

SIYAHIYA ALMA OLUB KI? AXI MİKRORAYONLARDA SİYHIYA ALANLARI GÖRƏN OLMAYIB.YALANLARDAN BEZDİK.BU DA 4.9 FAİZ İŞSİZLİYİN OLDUĞUNA BƏNZƏYİR. AXI YALAN AYAQ TUTUR.AMMA YERİMİR!BU İQTİDAR YALANLARLA HARA GEDİR?

Tufan 2019-11-07 18:52:57

Statistika komitesi isleye bilmir. Azerbaycanda en geride qalmış teskilatdi

AAgahuseyn 2019-11-07 18:52:57

Mənm 3-adaşım,3-oqlum nə də qohumlarım SİYAHIYALAN ĞÖRMƏYİBLƏR.Km deyir yalandan deyr siyahıya alınma lub yalan deyənin ALLAH ÖLƏNLƏRRİNİ RƏHMƏT ETMƏSİN.

VAHİD 2019-11-07 18:52:57

Ölkənin açarını itiriblər,nə axtaran var.nə tapan.hEÇ ANLAŞILMIR Kİ.BELƏ BİSAVAD,ANLAYIŞSIZ.TƏCRÜBƏSİZ NAZİRLƏRLƏ,İCRA BAŞÇILARI AZƏRBAYCANDA NİYƏ BAŞDA OTURDUBLAR?BUNUN SONU YAXŞI OLMAYACAQ.

EJDER 2019-11-07 18:52:57

IYIRMI BEW MILYON PUL YEYIYIF ,AYE.YAWASIN BELE ANALOQU OLMAYAN INKIWAF,LUKAWENKO CANI .REQEMLERI WIWIRTMEYIN AYE,UX...

Son yazılar