RUSİYANIN YENİ “İDEOKRATİYASI” – “Putinizm” nədir və nəyə xidmət edir?

Uzun müddətdir ki, “Putinizm” Qərbdə qaynar mövzulardan biri sayılır. Bu termin Rusiya prezidenti Vladimir Putinin siyasətini, onun idarəetmə metodunu müəyyənləşdirmək üçün istifadə olunur və Qərb dünyasında qətiyyən xoş qəbul edilmir. Lakin Rusiyanın hakim elitası “Putinizmi” cəlbedici ideologiya kimi qəbul etməklə yanaşı, həm də düşünür ki, bu ideologiya daima yaşayacaq.

Putinin adını almış ideologiya prezidentin öz ağlının məhsulundan daha çox onun yaxın köməkçisi Vladislav Surkovun təbliğat platformasının bazasıdır. Kremlin baş ideoloqu olan Surkov özünəməxsus şəkildə Lazar Kaqanoviçin müasir zühurudur. İosif Stalinin yaxın ətrafında olan Kaqonoviç “Leninizm” ideyalarının daha “tərəqqipərvər Stalinizm”lə dəyişdirilməsinin əsas tərəfdarı idi.

Bu yaxınlarda Surkov “Putinizm”i “sosial innovasiyaları və məhsuldar ziddiyyətləriylə birlikdə fəaliyyətdə olan gündəlik ideologiya” adlandırıb. Onun fikrinə görə, rusiyalılara Qərb stilindəki demokratiya lazım deyil, çünki Putinin qurduğu sistem insanların ehtiyaclarını, arzularını və məqsədlərini - onların özlərinin anladıqlarından daha yaxşı bilir.

Kremlin xoş niyyətlə qarşıladığı faşist filosof Aleksandr Duqin də həmçinin hesab edir ki, öz fundamental ideologiyasına görə “Putinizm” funksional baxımdan tamamilə həyati gerçəkiliyi əks etdirir. Duqin tez-tez söyləyir ki, yaşamaq üçün Rusiya dövlətinə ideologiya gərəkdir. Çünki iqtisadiyyatda dinamizmi stimullaşdırmaq üçün dövlətdəki vertikal hakimiyyət strukturuna yığcamlıq lazımdır.

Vladislav Surkov

Bununla bağlı olaraq Duqin iddia edir ki, Rusiya dövlətinin yaşamasının açarı hansısa yüksək məqsədlərin irəliyə çəkilməsidir. Həmin məqsəd isə, öz-özlüyündə elə də böyük əhəmiyyət daşımır. Bu, Rusiya pravoslav monarxiyasının yaradılması, kommunizmin bərpası və ya Duqinin dediyi kimi, Atlantizm dəniz imperializminə qarşı dura biləcək quru sahəsini əhatə edən yeni Avrasiyaçılıq ola bilər. Ən mühüm odur ki, rejimin ideoloji nüvəsi formalaşsın.

Duqin və Surkovun çıxardıqları nəticəyə əsasən, SSRİ-də olduğu kimi Rusiyada da hansısa məqsədlər naminə “müqəddəs azlığın” idarə etdiyi “ideokratiya” olmalıdır (yəni ideoloji hakimiyyət-AzPol.). Maraqlıdır ki, bu konsepsiyanı dövlət təhlükəsizliyinin həm indiki, həm də keçmiş zabitləri dəstəkləyir. Onlar özlərini hanısısa “qardaşlıq birliyinin” silahdaşı sayırlar.

“Putinizm” nəinki güc strukturlarının hökmranlığının davam etməsini təminat altına alır, həmçinin onlara məsuliyyətdən qaçmağa imkanı verir. Əgər Rusiyanın yüksək məqsədini yalnız hakim sinif anlamaq qabiliyyətinə malikdirsə, onda belə çıxır ki, əldə olunmuş nailiyyətləri yalnız onun üzvləri dəyərləndirlə bilər. Deməli, ölkə iqtisadiyyatının inkişaf tempinin və həyat şəraitinin yüksəldilməsi üçün kimin vəzifədən çıxarılmasını, fəhlə qüvvəsi də daxil olmaqla, ölkənin resurslarından necə istifadə edilməsini yalnız onlar bilirlər.

Məsələn, “Putinizm” zamanı vətəndaşlar öz real gəlirlərinin aşağı düşməsini normal qarşılaşmalı və bunu, hansısa ülvi məqsədlər naminə vətən üçün qəhrəmancasına verilmiş qurban hesab etməlidirlər. Əgər rəhbərlik xalqın pensiyasını müsadirə edirsə, onda onlar bunun yüksək məqsədlər naminə həyata keçirilməsini anlamalıdırlar.

Rusiyanın Putinizmi dünyadakı yeganə ideokratiya deyil. Bu siyahıda sosialist Kubası, bolivar Venesuelası, Şimalı Koreyadakı “çuçxe” ideologiyası və həmçinin İran İslam Respublikası və başqaları yer alır. Tarixdə çoxlu sayda ideokratiya tampaq olar. Yaxın tarixi nümunələr içərisində nasist Almaniyasını və əlbəttə ki, SSRİ-ni göstərmək mümükündür. Elə məhz bu cür tarixi keçmişə görə Rusiya konstitusiyası dövlət ideologiyasını qadağan edir. Rusiya konstitusiyasında aydın yazılıb ki, hökumət bu və ya digər ehkamların önə çəkilməsiylə yox, cəmiyyətin ehtiyaclarına xidmət etmək üçün mövcuddur.

Başqa sözlə desək, Rusiyadakı Putin ideokratiyası tamamilə qanunsuzdur. Lakin bu fakt onun tərəfdaşlarının önünü kəsə bilməz. Hələ indiyədək Surkov Putinizmin ideoloji məğzini yalnız dumanlı şəkildə təqdim edib. Onun sözlərinə görə, bu məsələ davam edəcək diskusiyaların gedişində aydınlaşacaq.

Ümumiyyətlə isə, “Putinizm”in bazasının nədən ibarət olmasını bilmək asandır. Bu, Qərblə qarşıdurma, izolyasionizmin hərbi təcavüzlə uyğunlaşdırılması, xalq tərəfindən material qurbanların verilməsi və narazıların təqib olunmasıdır. Hərçənd ki, konstitusiyada hakimiyyətin dünyəvi xarakter daşıması nəzərdə tutulur, amma yəqin ki, bundan sonra din faktoru əhəmiyyətli rol oynayacaq.

Ağıllı təbliğatçı olan Surkov “Putinizm”i daha müasir terminlər vasitəsilə önə çəkir. Ondan fərqli olaraq Duqin daha təkəbbürlü fəlsəfə yürüdür. Surkov “Putinizm”i “qlobal siyasi layfhak” adlandırır (“Lifehack”-IT texnologiyada istifadə olunan termindir. O, həyatın yaxşıya doğru formalaşdırılması mənasını verir). Bunun nə demək olmasından asılı olmayaraq, yekun bəllidir: bu ideologiya nə qanunun aliliyinə, nə də Rusiya xalqının ümidlərinə uyğun gəlir.

(“Project Syndicate”-ABŞ)

Tərcümə “AzPolitika”nındır.

635x100

Şərhlər

OQTAY 2019-11-07 10:35:46

Qarbacovizm-hem ABS hemde-Almaniya demekdir,en coxda marka pulla ickisini ve fondunu qurmus boyuk liderdir!Yelcinnizm-ABS demekdir,viski,bahali caxirlar ve araxlar,romlarla qidalanmis,boyuk liderdir!Putinizm-Almaniya demekdir,bavaria pivesi ile qidalanan,boyuk liderdir!Qarbacovizm bu iki zavalli liderden,cox guculu liderdir!O,Azerbaycan,Gurcustan,Moldovada,Krimda ve basqa TURK torpaqlarinda-uzum sahelerin axrina cixdi,Almaniyada spirtli ickilerin istehsali ve satisi ucun qizina,nevesine boyuk FOND yaratdi!?

Qabil hüseynli 2019-11-07 10:35:46

Əvvəla, Putinizmi Duqin və ya Surkov deyil, Putinin özü yaratmalıdır. Həftəbecər ideyalar iqtisadi və ideya-siyasi əsasdan məhrum olduğuna görə heç zaman aydın ideya istiqaməti ala bilməz və deməli yumşaq desək ideologiyaya bənzər nəyəsə çevrilə bilməz.Bu gün Rusiya kimi nəhəng bir ölkədə nə uğurlu iqtisadi islahatla keçirmək, nə də xalqi hər hansı qeyri-ciddi ideologiya ətrafında birləşdirmək olmaz.Əgər bu ölkənin intellektual potensialının ən az yarısı başqa ölkələrə axın edibsə heç olmaz. Putin getdi...

Son yazılar