“Qərbi Avropa millətçiləri Putinə açıq rəğbət bildirir” - Financial Times

Financial Times xatırladır ki,  1990-cı ildə idarəçilik üzrə mütəxəssis olan yaponiyalı Kenichi Ohmae “Sərhədsiz Dünya “ kitabını yazdı.

Bu kitab qloballaşma haqdadır. Son 25 ildə dünyada biznesin, maliyyənin, texnologiyanın və siyasətin inkişafı bu kitabda deyilənləri sübut edir – sərhədlər , onların qoruduqları milli dövlətlər mənasını itirir.

Elə bir beynəlxalq konfrans olmur ki, orda hansısa problemlə bir dövlətin təklikdə mübarizə apara biləcəyi deyilsin.

Dövlətlərin əsas narahatlıq mənbəyi olan və göz bəbəyi kimi qoruduqları suverenlik, milli kimlik, ərazi artıq anaxronizmə, keçmişin qalığına çevrilir.

Ancaq onda niyə siyasətçilər və seçicilər unudublar ki, müasir dünyada dövlətlər, sərhədlər, milli kimlik artıq mənasızdır. Şotlandiyada referendumda 45 faiz müstəqilliyə səs verdi. Bu referendumu Kanadadan ayrılmaq istəyən Kvebekdə, İspaniyadan ayrılmaq istəyən Kataloniyada, eləcə də Tibetdə və başqa yerlərdə diqqətlə izləyirdilər.

Qəzet yazır ki, dünyanın ən təhlükəli millətçisi isə hazırda Putindir. Avropa Putini neytrallaşdırmağa çalışsa da Qərbi Avropanın millətçiləri Putinə açıq rəğbət bildirir. Məsələn, Fransada Milli Cəbhənin lideri Marine Le Pen.

Hətta rifahın yüksək olduğu İsveçdə ifrat sağçı partiya olan İsveç Demokratları parlament seçkilərində 13 faiz səs yığıb.

Asiyanın 3 ən güclü dövlətini – Çini, Yaponiyanı və Hindistanı xarizmatik millətçi liderlər idarə edir. Hindistan lideri – baş nazir Narendra Modi milli dirçəliş şüarları ilə Hindistanda iqtisadi və sosial islahatlar aparır.

Misirdə hakimiyyətə gələn hərbçilər islamçılara alternativ ideologiya kimi millətçiliyə üz tutub.

Qəzet onu da yazır ki, bütün bu təmayüllərin görünməyən təhlükələri də var. Məsələn, Çində sorğu keçirilib, orda 50 faiz deyib ki, Yaponiya ilə müharibənin olacağını gözləyirlər. Yaponiyadakı sorğuda isə 90 faiz deyib ki, Çin haqda mənfi fikirdədirlər.  /Azadlıqradiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar