XAÇMAZDA "ÖLÜ CANLARI" AXTARIRLAR... -  "Aylıq təxminən 125 min tək başçıya çatırdı" (Yenilənib) 

Bu günlərdə İcra Hakimiyyəti başçısının dəyişdirildiyi Xaçmaz rayonu ilə bağlı mediada sensasion məlumat yayılıb.

Sabiq İH başçısı Şəmsəddin Xanbababayevin adının da keçdiyi məlumat aşağıdakı kimidir:"Hər rayona prezident aparatından (ictimi işlərə cəlb etmək üçün-red.) kvota ayrılır. Bu il Xaçmaza 600 yer ayrılmışdır. Təbii ki, 600 adam işə cəlb edilmədi. Sadəcə 30 nəfər işləyirdi. Qalan adamlar isə adları işdə gedən, lakin özləri olmayan ölü canlar idi. 520 kart Şəmsəddinin, yerdə qalanlar məşğulluğun direktoru Ayazın, MKT-nin direktoru Qalibin, DOST mərkəzinin rəhbəri Vüsalın arasında bölünmüşdü. Dünən təzə başçı təcili şəkildə maliyyənin rəisini çağırıb deyib ki, mən belə şey edə bilmərəm. Prezidentin xüsusi göstərişi var. Ona görə də kartları qaytarın. İndi Xaçmazda düşüblər küçələrə, "ölü canları" axtarıb tapıb kart qaytarmağa. Məhəllə-məhəllə gəzirlər. Maliyyənin rəisi Nizami də təzə başçıya and-aman edib ki, kartlar Şəmsəddindədir. Nəzərə alsaq ki, hər kartda minimum əməkhaqqı qədər aylıq pul olur. Son olaraq 250 manat yuklənirdi. Aylıq təxminən 125 min tək başçıya çatırdı. Xaçmazda "ölü canların" axtarışı əməliyyatı bu gün səhərdən başlayıb.

Bütün bu hoqqaların fonunda Şəmsəddin əmi Şimali Qafqaz kurortlarının birinə istirahətə gedib".

 

Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov mövzu ətrafında danışaraq, Musavat.com-a bildirib ki, Xaçmazda ictimai işlərə cəlb olunmuş şəxslərlə bağlı çoxsaylı neqativ məlumatlar var: “KİV-lərdə də bu barədə tez-tez yazılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunun qarşısını almaq üçün bütün rayonlar üzrə ictimai işlərə cəlb olunmuş şəxslərin siyahısını açıqlayıb. “DOST İş Mərkəzi” MMC – nin Xaçmaz rayonu üzrə ictimai işçilərinin siyahısı var. Siyahı 2 sentyabra olan göstəricilərə əsasən tərtib edilib. Bu şəxsləri bir-bir tapıb yoxlamaq olar ki, onlar “ölü canlar”dır, yoxsa real olaraq ictimai işlərlə məşğul olurlar? Nazirlik bu siyahını tərtib etdi ki, yerlərdə icra hakimiyyəti orqanları sui – istifadə hallarına yol verməsin. Nazirlik şəffaflığın təmin olunması üçün bu siyahıları hazırlayıb”.

 

S.Məmmədovun sözlərinə görə, icra hakimiyyəti orqanları məşğulluq idarələri ilə hər hansı sövdələşməyə gedirsə, bunun qarşısını almağın ən yaxşı yolu ictimaiyyətin iştirakıdır: “Dövlət işsizliyin qarşısını almaq üçün böyük vəsait ayırıb. Kimsə də “ölü canlar” siyahısını düzəldib, həmin vəsaiti mənimsəyirsə, bu, artıq cinayətdir. Burada problem var ki, bu məsələ üzə çıxıb. Deməli, digər rayonlarda da bu problem yaşanır”.

***

Hazırda Dağıstanda olduğunu bildirən sabiq başçı, YAP-ın Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev Modern.az-a açıqlamasında yayılan məlumatların doğru olmadığını bildirib: “Mən hazırda Dağıstandayam. Xaçmazda 600 iş yerinin açılması doğrudur. Amma onların pullarının mənimsənilməsini Şəmsəddin Xanbabayev ömrü boyu edə bilməz. Mən ulu öndərlə bir yerdə işləmişəm. Mən ən ağır dövrlərdə-1990-cı illərdə Naxçıvanın Baş nazir olmuşam. 15 il möhtərəm Prezidentimizlə işləmişəm. Deyirlər desinlər də, hamı üçün nəsə deyirlər. Amma xahiş edirəm deyilənlərə inanmayın”.

Ş.Xanbabayev aylıq 125 min manat vəsaiti mənimsəməsilə bağlı fikirləri gülüşlə qarşılayıb: “Harada idi o pul? (gülür) Allaha and olsun birinci dəfədir belə şey eşidirəm. Bu yaşımda ilk dəfədir ki, olmayan şeylərlə rastlaşıram. Ayıbdır, onu yazanlara deyin, Allahdan qorxsunlar, sadəcə günahdır”.

Qeyd edək ki, Prezident İlham Əliyevin oktyabrın 31-də imzaladığı sərəncamla Şəmsəddin Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub və Elnur Şahbaz oğlu Rzayev Xaçmaz RİH-in başçısı təyin edilib.

635x100

Şərhlər

EJDER 2019-11-07 19:55:53

BUNA ANALOQU OLMAYAN INKIWAF DEYILIR,SIQNALI BIR AZ BERKDEN VERIN ,YAVAWLAMAYIN ,BELKE CATDI

Sual 2019-11-07 19:55:53

Məgər bu qanunsuzluq və ya vəzifə cinayəti təkcə İH baş verir. Korupsiyaya qarşı Mübrizə idarəsinə milərlə şikayət ərizələri yazılır ki bizim adımız işdədir amma kartlarımızı vermirlər ki əmək hqlarımızı alaq. Bu məlumatları yoxlamağın isə ən asan yolu bankomatlarda yerləşdirilən videolara baxmaq bəs edər. belə isə niyə baxan yoxdu? Yoxsa bir yerdə talanir millətin pulu? Olkə rəhbərliyini də belə aldadırlar ki hami işlə təmin olub...

dadaşyev 2019-11-07 19:55:53

Guya pis adamlar pis idarələrdə pis adamlar arasından çıxır.Deputat vəsiqəsini zaloq qoyan Rafael Cəbrayılov on illərlə Məclisdə deputat deyildimi?İnsan oğrusu,neçə ailəni yetim və gözüyaşlı qoyan Hacı Məmmədov on illərlə DİN-də əməliyyat müvəkkili deyildimi?Yəni kimin 20-30 il əvvəl harada işləməsinin bu günkü davranışıyla nə əlaqəsi var?Kartlar haradadı,kimə verilib?Verilən sual budur.Bütün vəzifəlilər sədaqətdən danışır.A balam,vəzifə verilibsə hünəriniz nədi sədaqətli olmayasınız.Olmazsınız çıxararlar.

AAgahuseyn 2019-11-07 19:55:53

HANSI R-N DA BU ƏMƏLİYYAT YOXDUR KİM TAPSA ONA BİR QONAQLIQ VERƏRƏM.AND OLSUN ALLAHA.

dadaşyev 2019-11-07 19:55:53

A balam,bunları bir balaca sıxışdıran kimi o saat "Ulu öndərlə bir yerdə işləmişəm" tipindən ifadələr işlədib 90-cı illəri niyə özlərinə qalxan edirlər?A kişi,səndən soruşurlar ki,kartlar hanı?Soruşmurlar axı 90-cı illərdə harada kimlərlə işləmisən.2019-cu ilə aid sual verilir,sən də konkret cavab ver.Nyu-York qubernatorundan soruşsalar ki,kartlar hanı,o da cavabında desə ki,babam 45-də Trumenlə işləyib,özüm də 74-də Niksonla,ona nə deyərlər?Dəliyə baxan kimi baxmazlarmı ona?Vallah əcəb işə düşmüşük ee.

Xacmazli 2019-11-07 19:55:53

Nece iller Xacmazlilara gan uddurdu shemseddin

AAgahuseyn 2019-11-07 19:55:53

Belə işlər bəyəm təkcə Xacmazda baş verib. Bütün r-n lar bu ğündədir.

Yengibar 2019-11-07 19:55:53

Nəinki Xaçmazda, hər rayonda belədir, yox bir Xanbabayev deyəcəkdi, hə elədir... O kartalar başçı və müavinlər, polis və prokuror, maliiyyə idarəsi arasında çəkilərinə görə bölünür.

Son yazılar