İsrail YPG-nin müdafiəsinə qalxdı - «Hər cür kömək edəcəyik…»

İsrail Suriyadakı kürdlərə humanitar yardım göstərəcək və istənilən dəstəyi verəcək. Bu barədə İsrailin xarici işlər nazirinin müavini Tsini Hotovelinin bəyanatına istinadla, «The Jerusalem Post» nəşri yazıb.

«İsrail diplomatik və humanitar məsələlərlə bağlı çoxsaylı xahişlər alıb. Biz, müxtəlif kanallarla onlara (suriyalı kürdlərə - red.) köməklik göstəririk» - deyə, Hotoveli Knessetin iclasında bəyan edib.

Nazir müavini əlavə edib ki, İsrailin kürdləri dəstəkləməsi «tarixi əlaqələrə və ümumi maraqlara əsaslanır». Amma xanım Hotoveli konkret hansı ÜMUMİ MARAQLARdan söhbət getdiyini açıqlamayıb.

«İsraildə çox sayda kürd yəhudisi yaşayır və onlar doğulduqları yerlərlə əlaqə saxlayırlar. Kürdlər - Yaxın Şərqdə mötədil və qərbyönlü amildirlər» - deyə, Hotoveli qeyd edib.

AzPolitika.info

635x100

Şərhlər

yalçın 2019-11-07 20:10:06

20 dənə ərəb-sami "dövləti" var..1-ni versinlər kürdlərə, daha sami-yəhudilərə ehtiyacları qalmasın qırro-qağaların..onsuz da bu 20 dövlət bu hamısı bir yerdə bir şeyə yaramır və birləşmək ehtimalları belə yoxdur..

t.ədalət 2019-11-07 20:10:06

Deyəsən yəhudilər çaşıblar.Türkiyə Fələstin deyil.

NURəddin 2019-11-07 20:10:06

"Kürt yəhudisi" adında bir millət və ya törəmə yoxdur. Bu Tövrat qanunları və yəhudi mentalı ilə daban-dabana ziddir. Tarixin heç bir səhifəsində yəhudi-kürd əlaqəsindən bir kəlməyə də rast gəlmək mümkün deyil. Termin türkün əleyhinə olaraq yeni yaradıldı.

Son yazılar