Şimali Avropa və Afrika XIN başçılarının görüşü olacaq

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, cümə axşamı Tanzaniyanın iqtisadi paytaxtı sayılan Dar əs-Salam şəhərində Şimali Avropa və Afrika ölkələri xarici işlər nazirlərinin sammiti başlanır.

Finlandiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin məlumatına görə, görüşün sədri Tanzaniyanın prezidenti Con Maqufuli olacaq. Sammitdə 29 Afırika dövlətinin XİN başçısı və İsveç, Danimarka, Finlandiya, Norveç və İslandiya kimi şimali Avropa dövlətlərinin XİN nazirləri iştirak edəcəklər.

Xatırladaq ki, belə formatda görüşlər 2001-ci ildən keçirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar