"Azərbaycan Dəmir Yolları"na 45 milyon manat ayrılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev Ləki–Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, Ləki–Qəbələ dəmir yolu xəttinin tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.2.6-cı yarımbəndində göstərilmiş məbləğin 45 milyon manatı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə ayrılıb.

635x100

Şərhlər

mühəndis 2019-11-07 18:30:53

Ləki-Qəbələ dəmir yolunun uzunluğu və ora xərclənəcək 47 milyonun hesabatı,faktiki məsrəf və yeyinti miqdarları da göstərilsə idi 47 milyonun bölgüsü bir az aydın olardı.

Son yazılar