Ərdoğan noyabrın 11-ni "Milli ağac əkimi günü" elan edib

Türkiyə Cümhuriyyətinin (TC) prezidenti Rəcəb Tayyip Ərdoğan noyabrın 11-i gününü «Milli ağac əkimi günü» elan edib.

Dövlət başçısının xüsusi qərarında bu ekoloji təşəbbüsün əhəmiyyəti qeyd olunur. Noyabrın 7-də bu barədə «Anadolu» agentliyi xəbər yayıb.

Prezident ölkənin bütün əyalətlərinin sakinlərini noyabrın 11-də ağac əkimi üzrə ümumilli aksiyada iştirak etməyə çağırıb.

Ölkənin bütün ərazisində aksiya növbəti bazar ertəsi -11.11-də start götürəcək.

«Biz qarşımıza bu məqsədi qoymuşuq ki, 3 saat ərzində 81 əyalətin 2023 sayda məntəqələrində 11 milyon ağac əkək. Bu, dünya rekordu olacaq. Bütün həmvətənlərimizi bunca əhəmiyyətli missiyada iştirak etməyə çağırırıq» - deyə, prezidentin qərarında qeyd olunur.

Xatırladaq ki, 2023-cü ildə Türkiyə Cümhuriyyəti özünün yaradılmasının 100 illiyini qeyd edəcək.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar