Ağcabədidə gənc oğlan öldürülüb

Agcabədi rayonunda qətl hadisəsi törədilib."Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, rayon sakini Cavid Quliyev ad günü münasibətilə keçirilən məclisdə dostu Kərim Sultanovu bıçaqlayıb.

Bir neçə bıçaq xəsarəti alan K.Sultanov rayon mərkəzi xəstəxanasına çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar