Bakıda xəstə özünü müalicə olunduğu palatanın pəncərəsindən yerə atıb

Bu gün Respublika Müalicəvi Diaqnostika Mərkəzində ölüm hadisəsi qeydə alınıb.

APA-nın əldə etdiyi məlumata görə, böyrəyindən əməliyyat olunan 1976-cı il təvəllüdlü Gülməmmədov İlkin Şubay oğlu özünü xəstəxanada qaldığı otağın pəncərəsindən atıb.

O, aldığı xəsarətlərdən ölüb.

Respublika Müalicəvi Diaqnostika Mərkəzindən APA-ya bildirilib ki, xəstə İ.Gülməmmədov ilk dəfə bu il martın 1-də müayinə olunmaq üçün xəstəxanaya müraciət edib: “Sentyabrın 23-də xəstə əməliyyat olunaraq ona böyrək köçürülüb. Gülməmmədov əməliyyatdan sonra evə buraxılıb. Oktyabrın 9-da o, yenidən müayinə olunması üçün xəstəxanaya müraciət edib. Həmin tarixdən bugünədək Diaqnostika Mərkəzində müalicə olunub. Bu gün isə xəstəxananın 5-ci mərtəbəsində müalicə olunduğu palatanın pəncərəsindən özünü yerə atıb”.

Bildirilib ki, xəstənin özünü atmasının səbəbləri hələlik məlum deyil.

İ.Gülməmmədovun meyiti Məhkə Tibbi Ekspertiza və Patoloji Anatomiyta Birliyinin Yasamal rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

kamran 2019-11-07 22:42:59

Rəhmətliyi soyub müflis eləmisiniz,daha neyləməliydi ki?

AAgahuseyn 2019-11-07 22:42:59

BƏYƏNMƏDYİMİZ SOVET qurluşunu dəyişməkdə mənim də az-cox rolum olub.O dövürdə SƏHİYYƏ,TƏHSİL,İŞ YERİ VƏ YAŞAMAQ PULSUZ VƏ QAYĞISIZ İYDİ.HAYIF indiki nəsli biz vicdansızcasına bundan məhrum etdik.İndi deyirsiz xəstə özünü pəncərədən atdı.BƏS nə etsin hər şey pul ilədir ŞPRİSTDƏN TUTMUŞ DƏRMAN VƏ SİPİRTƏ KİMİ özüdə DÖVLƏT XƏSTƏXANASINDA.ALLAH səhiyyə nazirinin və buna vəvac verənlərin ...Bütun xəstəxanaların dərmanın BAŞ HKİMƏ yaxın APTEKLƏR satır pul BÖLÜŞÜLÜR.

Son yazılar