Koçaryanın oğluna atası ilə görüş qadağan edilib

Dərc olunub: 08/11/2019 - 00:28

7d51c41d-16b8-4f73-b3eb-9e2df694921cErmənistanın keçmiş prezidenti Robert Koçaryanın oğlu Sedrak Koçaryana atası ilə görüş qadağan edilib.
“Report” “Aysor”a istinadən xəbər verir ki, bunu Robert Koçaryanın vəkili Ruben Saakyan noyabrın 7-də jurnalistlərə bildirib.
Jurnalistin “ata ilə oğlun görüşünə niyə icazə vermirlər” sualına cavabında vəkil bildirib ki, bunu onlardan (hakimiyyəti nəzərdə tutur – red.) soruşun.
Qeyd edək ki, noyabrın 7-də Yerevan məhkəməsinin hakimi Anna Danibekyan Robert Koçaryanın girov qarşılığında zaminə buraxılmasına dair vəsatəti təmin etməyib.






loading...


Fikrinizi bildirin