Söyün Sadıqovun da Bakıda toyuq ferması varmış

Nəqliyyat naziri Ziya Məmmədovun ailə şirkəti “Garant holdinq”in Ucarda “Mərcan” markası altında satılan toyuq fermasına sahib olması haqda yazmışdıq. Qeyd etmişdik ki, bu fermanın tikintisində Z.Məmmədovun yaxın dostu, baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovun bu sahədə bilik və bacarığından istifadə edildiyi haqda ehtimallar var. Belə ki, A.Abbasov Azərbaycanda vəzifə tutmazdan əvvəl, Sovet İttifaqı dönəmində Özbəkistan Quşçuluq Komitəsinə rəhbərlik edib. Dünən redaksiyamıza A.Abbasovun da təmsil olunduğu “Milyarderlər İttifaqı”nın digər üzvü Söyün Sadıqovun da Bakıda iri broyler fabrikinə sahib olması haqda məlumat daxil olub. Həmin məlumatda bildirlir ki, Xocəsən kəndi yaxınlığında yerləşən bu müəssisə inkubator sexlərində damazlıq yumurtalardan cücələrin çıxarılması, yetişdirilməsi və satışı ilə məşğul olur. Bu fabrik ildə 100 minə yaxın quş istehsal edir. “Şəfalı” broyler adı ilə tanınan bu fermanı isə Söyün Sadıqovun qardaşı Murad Sadıqov idarə edir. Bu şəxsin Bakıda iri torpaq sahələri də var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar