Avropa Liqası: 4 klub 1/16 finala yüksəlib, "Beşiktaş" mübarizəni dayandırıb - Nəticələr

UEFA Avropa Liqasında 4 klub vaxtından əvvəl 1/16 finala vəsiqəni təmin edib. "Report"un məlumatına görə, bunlar İspaniyadan "Sevilya" və "Espanyol", Şotlandiyadan "Seltik" və İngiltərədən "Mançester Yunayted"dir.

A qrupunda yer alan "Sevilya" IV turda Lüksemburqda "Düdelanj"ı 5:2 hesabı ilə yenərək, xallarını 12-yə çatdırıb və qrup lideri kimi mərhələ adlayıb.

H qrupundakı "Espanyol" Bolqarıstan "Lüdoqorets"ini 6:0 hesabı ilə darmadağın edərək, xallarını 12-yə yüksəlib. Bununla da İspaniya komandası qrup lideri kimi növbəti mərhələni təmin edib.

"Seltik" E qrupunun oyununda "Latsio"nu İtaliyada 2:1 hesabı ilə məğlub edərək xallarını 10-a çatdırıb. Qlazqolular 3-cü pillədəki "Latsio" üçün əlçatmaz olduqlarından, növbəti mərhələni təmin ediblər.

"Mançester Yunayted" isə L qrupunun qarşılaşmasında evdə Serbiya "Partizan"ını darmadağın edərək, xallarını 10-a çatdırıb. Yenidən liderliyi ələ alan "qırmızı şeytanlar" 4 xalla 3-cü yerdə gedən "Partizan" üçün əlçatmaz olub.

Əvəzində K qupunun oyununda "Beşiktaş" Portuqaliyada "Braqa"ya 1:3 hesabı ilə uduzaraq, ardıcıl 4-cü məğlubiyyətlə üzləşib. Hələ xalı olmayan "qartallar" növbəti mərhələ şansını itirib.

Türkiyənin daha bir təmsilçisi "Trabzonspor" C qrupunun oyununda "Krasnodar"a Rusiyada 1:3 hesabı ilə uduzaraq, vəziyyətini çətinləşdirib. Hazırda Qara dənizlilərin hesabında cəmi 1 xal var və bu komandanı növbəti mərhələyə vəsiqə verən 2-ci pillədən 5 xal ayırır.

Nəhayət, "Başakşehir" J qrupunun matçında "Volfsberq"ə Avstriyada 3:0 hesabı ilə məğlub edib. Paralel matçda "Roma"nın İtaliyada Almaniyanın "Borussiya" (Mönxenqladbax) komandası ilə qolsuz heç-heçə etməsi səbəbindən, İstanbul təmsilçisi 7 xalla liderliyə yüksəlib.

Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin sonadək meydanda olduğu qarşılaşmada "Aleksandriya" klubu Ukraynada "Fransa "Sent-Etyen"inə məğlubiyyətdən qurtulmağı bacarıb - 2:2. Bununla da "Aleksandriya" I qrupunda 3 xalla sonuncu pillədə qalıb.

Qeyd edək ki, ötən gün Portuqaliyada "Gimaraynş" və İngiltərənin "Arsenal" komandaları üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Avropa Liqası

Qrup mərhələsi, IV tur

7 noyabr

A qrupu

21:55. APOEL (Kipr) - "Qarabağ" (Azərbaycan) - 2:1

21:55. "Düdelanj" (Lüksemburq) - "Sevilya" (İspaniya) - 2:5

Xal durumu: "Sevilya" - 12, APOEL - 4, "Qarabağ" - 4, "Düdelanj" - 3.

B qrupu

21:55. "Kopenhagen" (Danimarka) - "Dinamo" (Kiyev, Ukrayna) - 1:1

21:55. "Luqano" (İsveçrə) - "Malmö" (İsveç) - 0:0

Xal durumu: "Kopenhagen" - 6, "Dinamo" - 6, "Malmö" - 5, "Luqano" - 2

C qrupu

21:55. "Bazel" (İsveçrə) - "Xetafe" (İspaniya) - 2:1

21:55. "Krasnodar" (Rusiya) - "Trabzonspor" (Türkiyə) - 3:1

Xal durumu: "Bazel" - 10, "Krasnodar" - 6, "Xetafe" - 6, "Trabzonspor" - 1.

D qrupu

21:55. "Rusenborq" (Norveç) - "Sportinq" (Portuqaliya) - 0:2

21:55. LASK (Avstriya) - PSV (Hollandiya) - 4:1

Xal durumu: "Sportinq" - 9, LASK - 7, PSV - 7, "Rusenborq" - 0

E qrupu

21:55. "Latsio" (İtaliya) - "Seltik" (Şotlandiya) - 1:2

21:55. ÇFR (Rumıniya) - "Renn" (Fransa) - 1:0

Xal durumu: "Seltik" - 10, ÇFR - 9, "Latsio" - 3, "Renn" - 1.

F qrupu

21:55. "Standard" (Belçika) - "Ayntraxt" (Frankfurt, Almaniya) - 2:1

6 noyabr

21:55. "Gimaraynş" (Portuqaliya) - "Arsenal" (İngiltərə) - 1:1

Xal durumu: "Arsenal" - 10, "Standard" - 6, "Ayntraxt" - 6, "Gimaraynş" - 1.

G qrupu

23:00. "Feyenoord" (Hollandiya) - "Yanq Boyz" (İsveçrə) - 1:1

23:00. "Reyncers" (Şotlandiya) - "Portu" (Portuqaliya) - 2:0

Xal durumu: "Yanq Boyz" - 7, "Reyncers" - 7, "Portu" - 4, "Feyenoord" - 4.

H qrupu

24:00. "Espanyol" (Espanyol) - Lüdoqorets" (Bolqarıstan) - 6:0

24:00. "Ferentsvaroş" (Macarıstan) - MOİK (Moskva, Rusiya) - 0:0

Xal durumu: "Espanyol" - 10, "Lüdoqorets" - 6, "Ferentsvaroş" - 5, MOİK - 1

I qrupu

24:00. "Volfsburq" (Almaniya) - "Gent" (Belçika) - 1:3

24:00. "Aleksandriya" (Ukrayna) - "Sent-Etyen" (Fransa) - 2:2

Xal durumu: "Gent" - 8, "Volfsburq" - 5. "Sent-Etyen" - 3, "Aleksandriya" - 3.

J qrupu

24:00. "Borussiya" (Mönxenqladbax, Almaniya) - "Roma" (İtaliya) - 2:1

24:00. "Volfsberq" (Avstriya) - "Başakşehir" (Türkiyə) - 0:3

Xal durumu: "Başakşehir" - 7, "Borussiya" - 5, "Roma" - 5, "Volfsberq" - 4.

K qrupu

24:00. "Braqa" (Portuqaliya) - "Beşiktaş" (Türkiyə) - 3:1

24:00. "Vulverhempton" (İngiltərə) - "Slovan" (Bratislava, Slovakiya) - 1:0

Xal durumu: "Braqa" - 10, "Vulverhempton" - 9, "Slovan" - 4, "Beşiktaş" - 0.

L qrupu

19:50. "Astana" (Qazaxıstan) - AZ (Hollandiya) - 0:5

24:00. "Mançester Yunayted" (İngiltərə) - "Partizan" (Serbiya) - 3:0

Xal durumu: "Mançester Yunayted" - 10, AZ - 8, "Partizan" - 4, "Astana" - 0.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar