ABŞ və Taliblər arasında sülh danışıqları bərpa olunub – Qətərdə

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, oktyabrın 7-də taliblərlə Amerika Birləşmiş Ştatlarının (ABŞ) nümayəndələri arasında sülh danışıqları bərpa olunub. Prezident Donald Trampın göstərişi əsasında sentyabrda dayandırılmış danışıqlar indi Qətərdə davam etdiriləcək.

Danışıqlarda ABŞ-ın qrupuna Əfqanıstan üzrə xüsusi nümayəndə Zalmay Xəlilzad başçılıq edir.

Xəbər verildiyi kimi, 9 raunddan sonra, sentyabr ayında Dohada ABŞ və taliblər arasında keçirilən danışıqlar prezident Donald Tramp tərəfindən dayandırılmışdı. Buna səbəb isə Kabulda törədilmiş və 12 nəfərin, o cümlədən, amerikalı əsgərin həlak olması ilə nəticələnmiş terror aktı olmuşdu.

Taliblərə yaxın mənbə bildirib ki, nə qədər ki, taliblər ABŞ-la razılığa gəlməyiblər, yeni əfqanıstandaxili danışıqlar başlanmayacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar