“Azər Qasımlı Vidadi Səfərovu bitirdi” - ReAl-ın komitə başqanı

ReAl partiyasının İqtisadi Siyasət Komitəsinin başqanı Zöhrab İsmayıl "Facebook" hesabında partiyanın Məclis başqanlığından istefa verən Azər Qasımlını tənqid edib.

Zöhrab İsmayıl statusunda “Azər Qasımlı mənim dostumdur, biz onunla partiyalaşma prosesində çox yaxınlaşdıq və mən ona əlimdən gələn hər dəstəyi verdim” yazıb:

“ReAl-ın partiyalaşma prosesində bir nəfər vardı - Vidadi Səfərov. O da 2013-cü ildən sonra qoşulmuşdu. Amma partiyalaşma prosesində çox böyük zəhmət vermişdi və hər kəs ona potensial İdarə Heyəti üzvü, gələcək tanınmış siyasətçi kimi baxırdı. Prosesin sonuna yaxın Vidadi bizə aydın olmayan səbəblərdən Azər Qasımlıya qarşı çıxdı, onu üzvlər qarşısında tənqid etməyə başladı”.

O bildirib ki, Azər Qasımlı Vidadi Səfərova qarşı çox sərt olub: “Halbuki, birbaşa işlədiyi adam idi, özü onu Təftiş Komissiyasına(TK) təklif etmişdi və ona gələcək İdarə Heyətində (İH) görürdü. Şərt qoydu ki, Vidadi Təşkilat Komitəsindən, qurultay nümayəndəliyindən və El Məclisindən getməlidir. Biz hamımız razılaşmalı olduq, bitirdi adamı. Bu da sizə demokratiya!”

“Amma Vidadi və onun dostları gedəndə nə açıqlama verdi, nə bəyanat. ReAl-çılardan başqa heç kəs bilmədi bunu, qurultay üçün heç bir daxili problem yaranmadı”, – Z.İsmayıl sözlərinə əlavə edib:

“Məclisinin toplantısından sonra Azər və başqa bir neçə nəfər açıqlama yaydılar. Məclisin qrupunda yazdım ki, belə məsələləri ictimai yazmayın, aramızda müzakirə edək. Azər təsdiq etmədi postumu, senzuradan keçmədi. Bu da sizə idarəetmə!”

Xatırladaq ki, ReAl Partiyası Məclisinin başqanı Azər Qasımlı partiyadan istefa verib.

635x100

Şərhlər

Abid 2019-11-08 12:04:52

Təvazökarlıqdan uzaq olsa da Nostradamusluq edib yenə deyirəm.Artıq xaricdə şirkəti və bütün ehtiyacları ödənməklə lüks həyat şəraiti hazırdır.Məncə Londona gedəcək və qalanını ordan davam etdirəcək.Yadıma MƏHŞUR LETUÇİY FRAZA düşdü: "NƏ İSTƏYİRSƏN TOFİQ (İNDİKİ HALDA AZƏR) QASIMOV"Tofiq hələ də bu suala cavab verməyib amma, Azər anında cavab verdi.......Gədəbəylilər birini tərifləyəndə deyər: "Həzrət Abbas haqqı bu yaman gədədi!"

abid 2019-11-08 12:04:52

Bir neçə il öncə A.Qasımlını bəlli aksiyaya görə "həbs"etmişdilər.Bu adam maragımı çəkdiyindən onun haqqında çox öyrənmişdim.Bu ərəfədə tanışlarlarım çayçıda oturub siyasəti geninə-boluna azərbaycansayagı çırtdayır,Azər Qasımlını şadlıq sarayındakı tamadalar kimi vəsf edirdilər.Nəhayət onun haqqında mənim fikrimi öyrənmək istəyəndə dedim ki, nədənsə bu adamın adı gələndə "Aleks Yustos" yadıma düşür və mən ona Aleks Qustos adı qoydum.Bu gün həmin dostlar həmin çayçıda soruşur ki,"bunu hardan bilirdin?"

Son yazılar