Tehranda fəhlələr İran parlamentinə yürüş etdi

Bir qrup fəhlə bu gün Tehranda İran parlamentinin binası qarşısında etiraz aksiyası keçirib.

Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verib.

Məlumata əsasən, etirazçılar Tehranda çalışan 40 mindən çox fəhləni təmsil etdiklərini elan ediblər. Onlar fəhlələrin aylıq maaşlarının aşağı olmasına etiraz ediblər.

Fəhlələr 40 min nəfərin imzaladığı ərizəni parlamentə təqdim edərək, parlamentdən onların vəziyyətinin yaxşılaşdırılması istiqamətində iş görməyi tələb ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar