Gürcüstanda yanacaqdoldurma məntəqəsində partlayış - Ölən var

Gürcüstanın Kaxeti rayonunun Telavi şəhərində yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, bir neçə dəqiqə əvvəl baş vermiş partlayış zamanı bir nəfər həlak olub. Məlumata görə, yanacaqdoldurma məntəqəsinə daxil olan minik maşınında baş verən yanğın partlayışa səbəb olub. Avtomobilin sürücüsü hadisə yerində həlak olub.

Əraziyə yanğınsöndürən maşınlar və polis patrul xidmətinin əməkdaşları səfərbər olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar