İran aviasiyası Fars körfəzində naməlum PUA-nı vurub

İran Hava Hücumundan Müdafiə Qüvvələri naməlum pilotsuz uçuş aparatını (PUA) vurub.

APA-nın xəbərinə görə, bu barədə İSNA agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə İranın cənub-qərbində yerləşən Xuzistan əyalətində qeydə alınıb. Belə ki, bu gün səhər saatlarında Fars körfəzində, Mahşəhr limanı yaxınlığında naməlum PUA vurulub.

Hadisə barədə hələlik başqa məlumat verilməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar