“GƏRƏK HƏR DİKTATOR TƏYYARƏNİ HAZIR SAXLASIN...” - Qorbaçovla maraqlı müsahibə 

Noyabrın 4-də Almaniyanın paytaxtında Berlin divarının yıxılmasının 30 illiyinə həsr edilmiş rəsmi tədbirlər başlayıb. Bayram tədbirləri noyabrın 10-na qədər davam edəcək. Virtualaz.org xəbər verir ki, bu münasibətlə “Novaya qazeta”nın baş redaktoru Dmitri Muratov SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovdan müsahibə götürüb. Həmin müsahibəni virtualaz.org-a istinadla oxuculara təqdim edirik:

-Siz divarın yıxıldığını nə zaman öyrəndiniz?

-Səhər tzdən.

-Və bu xəbər sizə necə təsir etdi?

-Bilirsiniz, biz bunun baş verəcəyini gözləyirdik.

-Digər dünya liderləri isə buna qarşı idi. Həm İngiltərə, həm Fransa.

-Aydın deyil nəyə görə? Almaniya axı çox güclüdür və o, divarın dağılması ilə gücləndi, Avropada rəqabət artdı, o zaman çoxları bundan çəkinirdi. Digər tərəfdən tarixi yaddaş da heç yana silinib getməyib.

-Xalq çoxdan divarı sökmək istəyirdi. Divarın çökməsindən əvvəlki gecə minlərlə alman Almaniya Demokrati Respublikasından Almaniya Federativ Respublikasına axın etmişdi. Ayağa qalxan xalqla bağlı nə etmək olardı?

-Axı bu azdırmı. Təcrübə ki var idi.

-Siz bir alman siyasətçiyə demişiniz: “Əgər 500 min adam küçəyə çıxsa sən nə edəcəksən? Atəş açacaqsan?”

-Belə şey yadıma gəlmir.

-Bu Sizin köməkçilərinizin stenoqramlarında var. Üstəlik onlar Sizin Şərqi Berlin sakinləri ilə görüş zamanı səslənən şüarları yada salır: “Qorbi! Kömək et!” Siz onlara nə ilə kömək edə bilərdiniz?

-Şərqi Avropa ölkələrinin rəhbərlərini xalqları ilə dialoqa çağırardım. Xalqı ki, aşağılamaq olmaz.

-Rumıniyada deyəsən Çauşeusku Sizi eşitmədi...

-O bizə (SSRİ-yə) qaçmaq, bizdə gizlənmək istəyirdi, bəs nəyə görə insanlara atəş açdı? Neynəmək olar, necə deyərlər, Allah ona rəhmət eləsin, əgər rəhmətə düşübsə.

-Bəs o nə etməli idi?

-Diktatorlar həmişə xəlvəti aerodromlarda, adətən belə yerlərdə, balaca, amma yanacaqla tam dolu təyyarə hazır saxlamalıdır. Və “Xalq, irəli!” mahnısı səslənməyə başlayanda həmin aerodroma üz tutmalıdır. Zarafat.

-Zarafat?

-Bəs sən necə düşünürsən?

-“Dialoqa dəvət...” Və bu da divarın qansız-qadasız çökməsi üçün kifayət idi? Bəlkə daha nəsə lazım idi?

-Biz o zaman komanda verdik-qoşunlarımız kazarmalardan çıxmasın.

-Bəs Sizdən bu haqda xahiş etmişdilər?

-Sən ki mənim kredomu bilirsən? Tənbəllik eləmə, yenə yaz: “Mən, Qorbaçov həmişə qan axıdılmasının əleyhdarı olmuşam. Mən həmişə xalqa qarşı güc tətbiqinə qarşı olmuşam və indi də qarşıyam”.

-Bu iltimzama oxşayır. Yazdım.

-Afərin. Bax belə. İndi isə əsas məsələ haqda. Divarın çökməsinin, xalqların birləşməsinin və ən əsası Avropada dayanıqlı sülhün təmin edilməsi-bizim xalqımızın və digər ölkələrin xalqlarının faşizm üzərində qələbəsidir. Bax bu haqda düşünün.

-Mən düşündüm.

-Və?

-İkinci Dünya müharibəsi də onda başa çatdı?

-Bəli, elədir. Çünki bizim Avropada insanlar bir-birlərindən qorxmamağa başladılar.

635x100

Şərhlər

suleyman gulaliyev 2019-11-08 19:39:16

Allah sene lenet elesin.

AAgahuseyn 2019-11-08 19:39:16

ALLAH sənin cəzanı versin ölmə cox yaşa ancaq şikəst-möhtac kimi.Elə insan iydinsə niyə QARABAQ məsələsində SATQINLIQ etdin.Bu ğündə AZƏRBAYCANIN torpaqları işqal altındadır.DÜZ adam iydinsə AZƏRBAYCANIN RUSİYA,ERMƏNİSTAN,ĞÜRCÜSTAN VƏ İRAN arasında bölüşdürülmüş torpaqlarının BİRLƏŞMƏSİNƏ SƏY ğostərəydtb.ALLAH səni NÖHTAC ETSİN AMMİN.

artyom 2019-11-08 19:39:16

Çox düz deyir-diktatorlar həmeşə hazır vəziyyətdə təyyarə(təyyarələr)saxlamalıdırlar.Amma indi dünya açıqdır. Bu da kömək etməz.Yaxşısı onlar diktatorluqdan əl çəkməlidirlər....

Mirzə AĞ 2019-11-08 19:39:16

Riyakar! Bəs, Bakıda niyə Azərbaycanın qanını axıtdın?! Erməni qohumların sifariş etmişdilər?

Son yazılar