"Rusiya ilə Azərbaycan arasındakı əlaqələrin böyük perspektivi var" - Mariya Zaxarova

"Moskva ilə Bakı arasındakı münasibətlər tədricən, dinamik şəkildə inkişaf edir".

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

"Bizi ortaq tarix, müasirlik və təbii ki, gələcək bağlayır. Buna görə də bu əlaqələrin inkişafı gələcəyə yönəlib və böyük perspektivə malikdir", - M.Zaxarova bildirib.

635x100

Şərhlər

t.ədalət 2019-11-08 16:40:31

Azərbaycanın Rusiya ilə heç bir ortaq tarixi yoxdur.Ancaq ərazilərimizin işğalı,əhalimizin qətli var.Bəlkə buna ortaq tarix deyirlər?Quldur Stepan Razindən isə günahsız körpələrimizin Volqa çayına atılaraq qətl edilməsi yaddaşımızda qalıb.Rusiyaya yaxınlaşma növbəti qətliamların baş verəcəyinə,ərazilərimizin rus ordusu tərəfindən yenidən işğal ediləcəyinə yönələn yoldur.Allah bizi Rusiyanın quyruğuna bağlamaq istəyənlərdən qorusun!

Son yazılar