"Rusiyada başqalarında olmayan silahalar var" - Newsweek

«Newsweek» nəşri yazır ki, Rusiyanın ən müasir silahları var ki, Amerika Birləşmiş Ştatları (ABŞ) onunla yalnız «yarışmalıdır». Ancaq hələlik ABŞ-n belə sistemləri yoxdur.

Bu yaxınlarda Kremldə keçirilən təntənəli mərasimdə Rusiya prezidenti Vladimir Putin generallar qarşısındakı çıxışında bəyan edib: «Poqon gəzdirənlərin başlıca vəzifəsi - Rusiyanın, bizim vətəndaşlarımızın daxili və potensial xarici çağırışlardan, risklərdən zəmanətli müdafiəsini təşkil etməkdən, ardıcıl olaraq, addım-addım öz işini təkmilləşdirməkdən ibarətdir. Hər şeydən əvvəl, söhbət Silahlı Qüvvələri inkişaf etdirməkdən gedir. Bizim ordumuz və donanmamız özünün yüksək hazırlığını sübut edib. Biz, müdafiə potensialımızı artırmaq, döyüş növbətçiliynə hipersəs sistemlərinin, lazer və heç bir ölkədə olmayan digər müasir silahları yerləşdirmək niyyətindəyik. Yeri gəlmişkən, bu, kimi isə qorxutmaq üçün səbəb deyil. Əksinə, biz, özümüzdən asılı olan hər şeyi etməyə hazırıq ki, silahsızlaşdırma prosesini irəli aparaq…»

Rusiyanın yeni arsenalına qitələrarası ballistik raketlər (RS-28 «Sarmat») və «Avanqard» raket sistemləri daxildir ki, onların döyüş hissəsi sürətini səs sürəti ilə müqayisədə 20 dəfə artıra bilir. Hipersəs silahların digər növləri X-47M2 «Kinjal» aviasiya kompleksi və gəmi əleyhinə raketlərdən (3M22 «Sirkon») ibarətdir.

Ehtimal olunur ki, bütün bu silahlar və həm də onlara əlavə olaraq, yeni sualtı pilotsuz sistem («Poseydon»), atom daşıyıcısına əsaslanan 9M730 «Burevestnik» qanadlı raketləri və «Peresvet» lazer sistemləri dünyanın aparıcı, hətta perspektiv müdafiə sistemləri tərəfindən belə, tutula bilmir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar