Ağcabədidə “ASAN xidmət” mərkəzinin tikintisinə 19 milyon manat ayrılıb

Prezident İlham Əliyev Ağcabədi rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Aərəncama əsasən, Ağcabədi rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.25.1-ci yarımbəndində göstərilmiş məbləğin 19 430 000 (on doqquz milyon dörd yüz otuz min) manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

635x100

Şərhlər

Cəlil 2019-11-08 17:19:55

Asan xidmət heç də asan xidmət olmur.Məsələn Əmlak haqqında çıxarışın surətini almaq Əmlak Komitəinin müvafiq məntəqəlrində 2-3 saata əldə olunursa,Asan xdmətdə eyni arayışı ən yaxşı halda 2 günə ,bəzən 3-4 günə almaq olur.BUnun kimi digər arayışlar.Çünki Asam xidmət məlumatlar kanalına daxil ola bilmir və ya burada süründürməçilik baş verir.Bu halən çox Asanx idmətin rayon şöbələrində baş verir.

Son yazılar