Azərbaycanda qanunsuz ov edən ərəblər saxlanıldı

"İki gün əvvəl Mahmudçala Ovçuluq Təsərrüfatında iki Küveyt vətəndaşı ov qaydalarının pozulmasına görə saxlanılıb". Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

O bildirib ki, ərəblərin hər biri qanunvericilik çərçivəsində 2000 manat cərimələnib: "Onların ölkədən çıxarılması və ya gələcəkdə ölkəyə səfərinin qarşısının alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edilib".

H.Əlizadə həmçinin xatırladıb ki, qanunsuz ov faktları payız-qış aylarında daha çox olur.

635x100

Şərhlər

dadaşyev 2019-11-08 21:06:17

Bu cahil ərəblər bizi lap axmaq yerinə qoyublar vallah.Balaca bir respublikada heyvanlarımızı qoruya-qoruya durmuşuq,özümüz vurmuruq,yemirik ki,azalar sayları,qoruq-filan yaratmışıq,bunlar haradan-hara gəlib qızlarımızla eyş-işrət keçirəndən sonra hələ təbiətin qoynunda ov macərasına da çıxırlar.Bizi Küveytdə belə qələt eləməyə qoyarlar?

Son yazılar