Tramp Moskvadakı Qələbə Paradına gələcəkmi?

ABŞ Prezidenti Donald Tramp gələn il 9 Mayda Qələbə Bayramında iştirak etmək üçün Moskvada olmaq istəyərdi. Virtualaz.org bildirir ki, Amerika lideri bunu cümə günü Ağ Evdə jurnalistlərə verdiyi müsahibədə TASS müxbirinin sualını cavablandırarkən deyib.

O bildirib ki, onu həmin tədbirə dəvət ediblər: "Mən bizim seçki mövsümümüzün ən qızğın vaxtı dəvət edilmişdim, amma mən Moskvaya bu səfər haqqında, şübhəsiz, düşünəcəyəm... Baxacağam ki, bunu edə biləcəyəmmi, amma mən getmək istəyərdim".

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin iyun ayında G20 sammiti çərçivəsində Yaponiyanın Osakada keçirilən görüşü zamanı Trampı Qələbənin 75-ci ildönümü münasibətilə tədbirlərə dəvət etmişdi. Amerika Prezidenti də öz növbəsində bu dəvəti ciddi nəzərə alacağını söyləmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar