"Boeing 737 MAX" təyyarələrinin istismarına qoyulmuş qadağa uzadılıb

“American Airlines” “Boeing 737 MAX” təyyarələrinin istismara verilməsini 5 mart 2020-ci ilədək təxirə salıb.

APA xəbər verir ki, müvafiq məlumat şirkətin saytında dərc edilib.

Şirkət mütəmadi olaraq ABŞ aviasiya orqanları ilə əlaqə saxlayır və bu təyyarələrin istifadəsinə qoyulan qadağanın 5 mart 2020-ci ildə ləğv olunacağını gözləyir”, - məlumatda belə deyilir.

Aviaşirkət laynerin sertifikat verildikdən dərhal sonra nümayiş reyslərini həyata keçirməyi planlaşdırır. “American Airlines” donanmasında 24 “Boeing 737 MAX” layneri var. Daha 10 təyyarə isə sifariş verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar