“Boliviyada dövlət çevrilişi təhlükəsi var” – Evo Morales

Dərc olunub: 09/11/2019 - 13:24

c74ee1e1-e239-4846-b5a4-30a480aa44e3“Boliviyada dövlət çevrilişinə yönələn cəhdlər üzündən demokratiya təhlükədədir”.

“Report” xəbər verir ki, bunu ölkə prezidenti Evo Morales bu yaxınlarda keçirilən seçkilərdə yenidən seçilməsinə qarşı keçirilən etiraz aksiyalarına bəzi polislərin də qoşulmasını şərh edərkən bildirib.

“Bacılar və qardaşlar, konstitusiya quruluşumuza qəsd edən, zorakılıqdan çəkinməyən müəyyən qrupların həyata keçirdiyi dövlət çevrilişi üzündən demokratiyamız təhlükə altındadır”, – deyə o qeyd edib.

Dövlət başçısı xalqı sülhü və insan həyatlarını qorumaq üçün demokratiyanı və konstitusiyanı dinc şəkildə müdafiə etməyə çağırıb.

Xatırladaq ki, ötən gün ölkənin azı üç şəhərinin polisi hökumətə qarşı etirazlara qoşulduqlarını açıqlamışdı. Müdafiə naziri Xavier Zavaleta da polisə qarşı hər hansı hərbi əməliyyatlara əl atmayacaqlarını, ölkə boyu on minlərlə vətəndaşın küçəyə çıxdığı bir vaxtda hökumətin hərbi qüvvələri işə salmayacağını bildirib.






loading...


Fikrinizi bildirin