Orta əsrlərdə qul kimi yaşayanların sayı indikindən 2 dəfə az olub - Qlobal Qul İndeksi

Foreign affairs məcmuəsi “İnsan alverinin qarşısını necə almaq” adlı məqaləsində yazır ki, insanı almaq və satmaq çox sərfəli biznesdir və inkişafa ən böyük əngəllərdən biridir.

Bu biznesin illik dövriyyəsi 32 milyard dollardan 150 milyard dollara kimidir. Bu, 10 milyonlarla insanı əhatə edir.

Beynəlxalq Əmək Təşkilatının ehtimalına görə hazırda 21 milyon kişi, qadın və uşağı hər hansı formada qul kimi saxlayırlar, işləməyə məcbur edirlər və ya alıb-satırlar.

Qlobal Qul İndeksinə görə, dünyada belə adamlar 29,8 milyondur.

Bunun nə demək olduğunu təsəvvür etmək üçün, yada salmaq lazımdır ki, 1525-ci ildən 1866-cı ilə kimi, yəni təxminən 350 ildə Afrikada qul edilib, satılan adamların sayı indi qul kimi yaşaynların sayından 2 dəfə az olub. Bu məlumatı Trans-Atlantik Qul Ticarəti Göstərici Bazası verir.

Foreign Affairs yazır ki, ancaq hökumətlərin göstəriciləri və bunun statistikasını aparmaq yolları fərqlidir. 2008-ci ildən bəri ABŞ-ın Dövlət Departamenti insan alverinin şəxsiyyəti müəyyənləşmiş qurbanları ilə bağlı statiskanı toplamağa başlayıb və bütün dünya üzrə cəmi 247 min insan alveri qurbanı tapıb. 2006-cı ildən bəri hər il dünyada insan alverinə görə cəmi 6675 adam məhkəməyə cəlb olunur və onlardan yalnız 4 min nəfəri hər il məhkum olunur.

Foreign Policy yazır ki, insan alveri və ya insanın qula çevrilməsi bəzən təsadüfən dünyanın gözü qabağında olur. Nigeriyada Boko Haram təşkilatı bu yaxınlarda 276 məktəbli qızı oğurladı. Ehtimala görə, onları qulluğa satdılar. 2012-ci ildə İlahi Müqavimət Hərəkatı haqda film çıxmışdı, orda göstərilirdi ki, uşaq əsgərlər vaxtilə valideynlərindən oğurlanan uşaqlardır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar