BDU-nun tələbələri “Üç rəngin kölgəsində!” adlı fləşmob keçiriblər – FOTOLAR

Dərc olunub: 09/11/2019 - 15:50

c65f3929-67aa-4d6e-a380-1adf66643483Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) “Üç rəngin kölgəsində!” adlı fləşmob həyata keçirib.

“Report” xəbər verir ki, qurum 23 mindən çox universitet tələbəsinin diqqətini 9 noyabr -Dövlət Bayrağı Gününə çəkmək və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına dəstək vermək məqsədilə belə bir addım atıb.

BDU THİK-in sədri Nihad Allahyarlı üç mindən çox tələbənin bu prosesə cəlb edildiyini, simvolik olaraq “Üç rəngin könüllüsü” adlı könüllü heyətinin formalaşdırıldığını deyib.

Fləşmob çərçivəsində universitetin 2000-dən çox pəncərəsindən dövlət bayrağı asılıb və proses davam etməkdədir. Həmçinin rəsm klubunun fəalları 500-dən çox gəncin üzünə Azərbaycan bayrağı çəkərək fləşmoba dəstək veriblər.

Fləşmob bayraq yürüşü ilə yekunlaşıb.






loading...


Fikrinizi bildirin