Bakıda və Masallıda avtomobil oğurlayan şəxslər tutulub

Bakıda və Masallıda avtomobillər oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 7-də Mahmudavar kəndi ərazisindən kənd sakini A.Səfərova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən kənd sakini R.Həsənov saxlanılıb.

Bundan başqa, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Buta qəsəbə sakini T.Abbasov saxlanılıb. Polis əməkdaşları tərəfindən avtomobil onun yaşadığı evin həyətində tapılıb.

Faktlarla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar