"Qəbələ" "Səbail"i böyük hesabla məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib. "Report"un məlumatına görə, açılış matçında "Qəbələ" və "Səbail" komandaları üz-üzə gəlib. Qəbələ şəhər stadionunda keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekulaşıb - 3:0. Hər iki topu 22-ci və 45+2-ci dəqiqələrdə Davit Volkov vurub. Bununla da gürcüstanlı hücumçu qollarının sayını 4-ə çatdırıb. Oyunda son nöqtəni isə 90+2-ci dəqiqədə Ülvü İsgəndərov qoyub.

80-ci dəqiqədə isə "Səbail"in futbolçusu Əli Sadıxov qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub. İlk ev qələbəsinə rəğmən, "Qəbələ" 9 xalla sonuncu pillədə qalıb. "Səbail" isə 11 xalla 4-cüdür.

Qeyd edək ki, bu gün saat 17:00-da "ASCO Arena"da "Keşlə" - "Neftçi" matçı start götürəcək. Tura noyabrın 10-da "Sabah" - "Sumqayıt" və "Qarabağ" - "Zirə" matçları ilə yekun vurulacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar