"SSRİ-ni onlar dağıtdı" - Qorbaçov

SSRİ-nin dağılmasında 1991-ci ilin avqustundakı çevriliş cəhdini planlaşdıranlar və bu cəhddən sonra SSRİ rəhbərliyinin zəifləməsindən istifadə edənlər məsuldur. Axar.az xəbər verir ki, bunu “Der Şpiqel” jurnalına açıqlamasında SSRİ-nin sonuncu rəhbəri Mixail Qorboçov deyib.

O, yenidənqurmanın mümkün risklərinin fərqinə vardığını, amma ölkə rəhbərliyinin dəyişikliyə ehtiyacı olduğunu söyləyib: “Artıq əvvəlki kimi yaşamaq mümkün deyildi. Yenidənqurmanın böyük bir hissəsi ümumbəşəri dəyərlər, nüvə tərksilahı və seçki azadlığını əhatə edən yeni xarici siyasətlə bağlı idi”.

Yenidənqurma məsələsində peşman olmadığını deyən Qorboçov islahatlar zamanı xətalara yol verildiyini bildirib.

635x100

Şərhlər

Kolxozçu 2019-11-10 13:20:47

Həllini anlamadığınız məsuliyyətə niyə boyun olmuşdunuz? Hansı haqla referendumdan sonra belə yalnız iki millətçi müşayiətçi ilə nəhəng birliyi-SSRİ və CЭВi buraxdınız(satdınız)? Sizə, Nobel BARIŞIQ mükafatı verilməsə də Berlində, İki Koreya sərhədində, kimlərəsə də İrəvan və Qarabağda bu qanlı satqınlığa mükafat QIZIL HEYKƏLlər də qoyulacaq.

dadaşyev 2019-11-10 13:20:47

Yalan deyənin .... Fransada ermənilər arvadıva milyonlarla dollarlıq brilyant üzük bağışlayandan sonra "yenidənqayırma" adıyla söküb dağıtmadınmı SSRİ-ni?

Son yazılar