Göyçayda avtomobil dirəyə çırpılıb, sürücü ölüb

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib."Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Qarabaqqal kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü Xəlilov Anar Muxtar oğlu idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb. A.Xəlilov hadisə zamanı ağır bədən xəsarətləri alaraq dünyasını dəyişib. Onun meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon Şöbəsinə yerləşdirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar