Fransadan Rusiyaya daha bir zərbə

Fransanın neft-qaz şirkəti “Total”, Avropa Birliyinin və ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar səbəbindən, “Lukoil” (Lukoyl) şirkəti ilə birgə işini dayandırıb. “Marja” xəbər verir ki, bunu “Financial Times” nəşrinə “Total” Şirkətinin rəhbəri Kristof de Marjeri bəyan edib.

“Biz sanksiyalar ilə bağlı olaraq, nə qədər ki layihəyə başlanılmayıb, “Lukoil” ilə birgə işi dayandırmağa məcburuq”, - o deyib.

“Lukoil” və “Total” Qərbi Sibirin neft ehtiyatlarının mənimsənilməsi üzrə birgə işləyəcəkdi.

“Lukoil” məlumatı hələlik təsdiqləməyib.

“Total” Şirkətinin rəhbəri qeyd edib ki, onun şirkəti “Ямал СПГ" layihəsinin reallaşdırılmasında iştirakını davam etdirəcəkdir və o, ümidvar olduğunu bildirib ki, sanksiyalar qərb bankları tərəfindən bu layihənin maliyyələşdirilməsinə mane olmayacaqdır.

Qeyd edək ki, 2014-ci ilin may ayında Peterburq beynəlxalq iqtisadi forumu zamanı “Lukoil”un prezidenti Vahid Ələkbərov və “Total”ın rəhbəri Kristof de Marjeri Qərbi Sibirin karbohidrogen ehtiyatlarının kəşfiyyatı və işlənməsi sahəsində birgə müəssisə yaratmaq barədə saziş imzalamışdılar. Birgə müəssisədə “Lukoil” 51%, “Total” 49% paya malik olmalı idi. İki il ərzində geoloji kəşfiyyat işlərinə 120-150 mln. dollar sərmayə yatırılacağı güman edilirdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar