“Liverpul” “Mançester Siti”ni məğlub edib

İngiltərə Premyer Liqasında XII tur başa çatıb.

APA-nın məlumatına görə, turun son günündə 3 oyun keçirilib.

Turun mərkəzi oyununda çempionatın lideri “Liverpul”la son çempion “Mançester Siti” qarşılaşıb. Mersisaydlılar ev qarşılaşmasından üç xalla ayrılıblar.

Digər iki görüşdə də meydan sahibləri qalib gəliblər. “Mançester Yunayted” “Brayton”, “Vulverhempton” “Aston Villa” ilə görüşdə qələbə qazanıb.

Qeyd edək ki, növbəti turun oyunları noyabrın 23-24-də keçiriləcək.

İngiltərə Premyer Liqası

XII tur

10 noyabr

“Mançester Yunayted” – “Brayton” – 3:1

Pereyra, 14, Propper, 19 (avtoqol), Reşford, 66 – Dunk, 64

“Vulverhempton” – “Aston Villa” – 2:1

Nevas, 41, Ximenes, 84 – Trezeqe, 90

“Liverpul” – “Mançester Siti” – 3:1

Fabinyo, 6, Salah, 13, Mane, 51 – B.Silva, 79

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar