Moralesə həbs təhlükəsi - Meksika sığınacaq təklif etdi

Boliviyada hərbçi və polislər keçmiş prezident Evo Moralesin həbs edilməsi üçün axtarış elan ediblər. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə müxalifətin üzvü Luis Fernando Kamaço bildirib. Onun sözlərinə görə, E. Morales barəsində həbs qərarı çıxarılıb.

Bundan əvvəl səhiyyə naziri Qabriela Montanyo Boliviya polisinin Moralesi həbs etmək niyyətində olduğunu bildirmişdi.

Meksika Boliviyanın prezidenti vəzifəsindən istefa verən Evo Moralesə sığınacaq verməyə hazırdır.

“Report”“TASS”a istinadən xəbər verir ki, bu barədə Meksikanın xarici işlər naziri Marselo Ebrard özünü “Twitter” səhifəsində yazıb.

“Müdaxilə etməmək və sığınacaq vermək ənənəsinə uyğun olaraq Meksika La Pasdakı rəsmi iqamətgahında Boliviyanın icra və qanunverici orqanının 20-dən çox əməkdaşına sığınacaq verib. Evo Moralesə sığınacaq verilməsini də təklif etmişik” deyə XİN rəhbəri yazıb.

Bundan əvvəl Ebrard Boliviyada baş verənləri “hərbi əməliyyat” adlandırıb və Meksikanın bunu qəbul etməyəcəyini bildirib.

Bazar günü Morales ölkədəki vəziyyəti çevriliş adlandıraraq istefa verdiyini elan edib. Onun ardınca vitse-prezident Alvaro Qarsia Linera, Senatının spikeri Adriana Salvatyerra, Senat sədrinin birinci müavini, həmçinin Deputatlar Palatasının rəhbəri Viktor Borda da istefa verib. Boliviya Senatının ikinci vitse-spikeri, müxalifətin nümayəndəsi Janin Anyes bütün yüksək rəhbərliyin istefasından sonra ali hakimiyyətin ona keçdiyini bildirib.

635x100

Şərhlər

EJDER 2019-11-11 10:54:07

AYE LUKAWENKO DA GELER,DESTESI ILE,ONADA SIQINAJAQ VERIN.KQBEWNIK PUTINE UMUD YOXDUR,SATAJAQ,AYE SATAJAQ

Son yazılar