Azərbaycanlı mühacir Almaniyada özünü yandırdı

Almaniyada 26 yaşlı azərbaycanlı mühacir özünü yandırıb. Azadliq.info Almaniya mətbuatına istinadla bildirir ki, adı açıqlamayan azərbaycanlı sentyabrın 23-də Sonsbek bələdiyyəsinin binasında üstünə benzin tökərək yandırıb.

İlkin məlumatlara görə, o, bələdiyyə binasına hər həftə verilən sosial müavinəti almaq üçün gedibmiş. Almaniya hökuməti iki həftə əvvəl ona sığınacaq verməkdən imtina qərarı qəbul edib, bu səbəbdən də çərşənbə axşamə verilən müavinət sonuncu olmalıymış.

Müvafiq məmurla görüşdən çıxan azərbaycanlı mühacir dəhlizdə özünə od vurub. Yaxınlıqdakı şəxslər onu yanğınsöndürən balonla xilas etməyə çalışıb. Dərhal təcili yardım çağırılıb və yaralı vertalyotla Duysburqdakı xəstəxanaya çatdırılıb. Məlumatlara görə, o, üçüncü dərəcəli yanıq xəsarəti alıb.

Mühacir statusunun ləğvi barədə ona məlumat verən məmur isə hadisədən şoka düşüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar