“BU İŞİN İSTİNTAQI DTX-ya VERİLMƏLİDİR” - "Xarici və yerli mafioz qüvvələr təşkil edə bilərdilər"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında cəmiyyətdə daha çox hüquq müdafiəçisi kimi tanınan Oqtay Gülalıyevin avtomobillə vurulması faktına münasibət bildirib.

"AzPolitika.info"-nun məlumatına görə, Oqtay Gülalıyevə Allahdan şəfa diləyən BAXCP sədri, deyib: “Öncə Oqtay Gülalıyevin həyatını xilas etmək üçün onu müalicəsini Türkiyədə davam etdirməyə göndərən Heydər Əliyev Fonduna hər bir vətəndaşımız kimi, mən də təşəkkürümü bildirirəm. Oqtay bəyin vurulmasını onun bəzi yaxın tərəfdarları adi avtomobil qəzası kimi qəbul etmir. Hətta sosial mediada onun avtomobillə vurulacağına dair hədələr alması barədə Cəmil Həsənlinin timsalında şahid ifadəsi ilə tanış oldum. Hadisə razılaşdırılmamış aksiyaların təşkil edildiyi dövrə təsadüf etdiyindən xarici və yerli mafioz qüvvələrin ictimai asayişi pozmaq üçün əhali arasında ciddi narazılıq və hiddət doğuracaq hadisələri təşkil edə bilməsi fərziyyəsi, eyni zamanda ictimai-siyasi xadim kimi Oqtay Gülalıyevdən fəaliyyətinə görə hansısa dairələr tərəfindən qisas alınması fərziyyəsi, o cümlədən digər fərziyyələr istintaq tərəfindən hərtərəfli araşdırılmalıdır. Məhz bu səbəbdən “ictimai sabitliyi pozmağa görə insanların həlak olmasına və sağlamlıqlarına zərər vurulmasına səbəb olan hərəkətlərin törədilməsinə görə məsuliyyət nəzərdə tutan” Cinayət Məcəlləsinin 214-cü (Terrorçuluq) maddəsinin, həmçinin “ictimai xadimin fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədi ilə həyatına sui-qəsd edilməsinə görə məsuliyyət nəzərdə tutan” 277-ci (Terror aktı) maddəsinin istintaq aidiyyatı Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət Təhlükəsizlik Xidmətinə aid edildiyindən, Baş Prokurorun qərarı ilə cinayət işinin istintaqı DTX-ya tapşırılmalıdır. Ümid edirəm, DTX obyektiv araşdırmayla hadisə ilə bağlı ədalətli qərar qəbul olunmasını təmin edəcək, ölkəmizin imicinin korlanmasına imkan verməyəcək və bütün narahatlıqlara son qoyacaqdır”.

"AzPolitika"

Şərhlər

Hesabdar 2019-11-11 11:20:12

Hörmətdi Məhəbbət, belə rəqəmlərlə milyonların diqqətini on minlərlə azərbaycanlının Qarabağ qətlindən, Qarabağ və ətrafında yüz minlərlə ailəyə qarşı cinayətdən, habelə ilkin müstəqil Azərbaycan dövlətinə qarşı daxili xəyanət cinayətlərindən iqtisadi rəqabət iştahlarına azdırmazdı! Xalqa hələ 100 il belə xidmət edəcək Səbayeldən dəfələrlə dəyərli zavodlar heç bir işçisinə 6 aylıq müavinət vermədən özƏL islahatlara silinib!?

Məhəbbət 2019-11-11 11:20:12

Qüdrət bəy sən hansı cinayət məcəlləsindən,terrorçuluqdan danışırsan?Aylarla inandığımız yeganə internet qazeti olan AzPolitikanın önəmli xəbərlərə rəylər yazırıq.Yazırıq ki,Azərbaycanda ən nəhəng z-d olan “AZNEFTKİMYAMAŞ”ın “SABAYIL MAŞINQAYIRMA ZAVODu”nu qanunsuz,heç bir əsas olmadan kökündən məhv edən 25 nəfərdən ibarət bir qrup ermənipərəst korrupsionerlərə heç güldən ağır söz də deyən yoxdur.Z-dun arxivi fəhlələrin gözü önündə yandırıldı,z-da olan bütün müasir dəzgah və avadanlıqlar “qara bazar”da satıldı,z-da olan bundan sonra 10 il üçün istehsalata gəlir gətirən 100.000 tona bərabər “hazır xammal” günün günorta çağında fəhlələrin gözü önündə qara metal emalına verildi.(100.000 tonX 800 manat =80.000.000(səksən milyon manat).Z-da olan ən müasir dəzgahlar günün günorta çağında kənardan saysız-hesabsız müştəriləri dəvət edərək dəyər-dəyməzə fəhlələrin gözü önündə satıldı.Z-dun bəzi müasir dəzgahların adından köhnə “nikolay” dövrün(1960-65 il)dəzgahlarını təzə dəzgah adı altında BALAXANI MAŞINQAYIRMA ZAVODUna sənədləşdirildi.Belə bir hadisə heç bir Xarici dövlətlərdə baş verməyib.Verə də bilməz. 575 dəzgahla təmin olunmuş Zavod “spiçka”karobkası deyil ki,siləsən.Zavodun ləğv edilməsi üçün ilk öncə AR Prezidentinin yazılı fərmanı olmalıdır.Daha sonra Prezidentin fərmanına əsasən Nazirlər Kabinetinin-Baş Nazırın Qərarı olmalıdır.Ancaq burda hər şey əksinə. Bir qrup korrupsionerlər-Əmlak Komitəsinin,Azneftkimyamaşın və Sabayıl Maşınqayırma Zavodunun saxta daxili əmləri ilə ən nəhəng SMZ-nu məhv etdilər.Bu korrupsiyanın başında SMZ keçmiş direktoru-hal hazırda BMZ-da işləyən Əli İsmayıl oğlu İsmayılov durur.Onunla əlbir olan 24 nəfər də həmçinin. Qüdrət bəy sən də sadə və ani bir anda baş verən yol qəzasını DTX səviyyəsində yoxlanılmasını istəyirsən.Sən yaxşı deputat olsaydın lazım olanları araşdırtdırardın. Maraqlısı budur ki,Kollektiv adından yazığımız bu məlumatları AR Prezidentinin bütün şöbə müdürləri,AR Baş Prokurorluğunun bütün əməkdaşları,DTX bütün əməkdaşları dəfələrlə oxuyur,ancaq heç biri bir qərar qəbul etmir.Ən maraqlısı da budur ki,SMZ-dan 1 il ərzində traller,kamaz,Sashman,Man,Zil və digər maşınlarla çıxarılıb satılan dəzgah,mal-material,xammal,avadanlıqlar z-dun çıxacağından tutmuş ta şəhər daxili və xarıcı bütün müşahidə “kameralar”ı çəkib.Görəsən hara baxıb DYP,PPX və müvafiq XXO? Əlbəttə ki,Əli İsmayılovun 45 ildə z-dan yığdığı haram pullar onların hamısının ağzını bağlayıb.Biz kollektivin əlində sübüt edici faktlar var.İnşallah həmin faktları AR Pez. AR Baş Prok,DTX və AzPolitika redaksiyasına təqdim edəcəyik. Bax budur Dünya üzrə yeganə korrupsiya vadisi. Hğrmətli AzPolitikanın rəhbəri Sizdən dönə-dönə xahiş edirik ki, yazdığımız faktları olduğu kimi dərc edəsiniz.

BASXCPyə 2019-11-11 11:20:12

Nə vaxt Azərbaycan Qarabağa İnsan Haqları iddiası və BAXCP kəskin ərazi bəyanatı veriblər? Hərbi genosid və ya adi cinayət hüquqi iddialarla mühakimə edilir! Sizcə, Qarabağ "Barışıqçıları"nın məhvi, Bakıya 19 Yanvar çağırışı və qırğın, DQMV və ətraf rayonlarda azərbaycanlıların tam hərbi genosidi, Z.Bünyadov, A.Cəlilov, Ş.Rəhimov, E.Hüseynov qətlləri və sair? İllər axır-keçir, nə vaxtsa açılacaqmı? ...

Bütöv Az SƏDRinə 2019-11-11 11:20:12

Xalq atmacası-Çoban istəsə, dağ təkəsindən də pendir tutar. Sizsə, Azərbaycanın Qarabağ hhaqqına uyğun qəti HÜQUQi gediş əvəzinə, yenə həlli qapayacaq xaricə atırsınız. Əsas dəlillərlə faktın sübutudur! Sonrakı mühakimə asandır. Qarabağ Barışıq vertolyotunun məhvi, Bakıya 19 Yanvar çağırışı və qırğını, DQMV və ətraf rayonlarda azərbaycanlıların tam hərbi genosidi, Z.Bünyadov, A.Cəlilov, Ş.Rəhimov, E.Hüseynov qətlləri və sair? İllər axır-keçir, nə vaxtsa açılacaqmı?

Kamil 2019-11-11 11:20:12

Qüdrət sən deyən həngamələrdənsə bütün oradakı kameraları açmaq və başqa üsullardan istifadə edib cəmiyyətə sübut etmək lazımdır ki, o qəsdən vurulmayıb. O göstərilən kiçik videoya uşaq da baxanda öz anlamında bunu təsadüf hesab etmir.

Son yazılar