Bayram günləri yol qəzalarında 9 nəfər ölüb
Baxiş sayı:
Dərc olunub:
11/11/2019 - 13:20
Respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 8 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 9 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.